Məhbus cəbhəçi Zamin Salayev aclığı davam etdirir.
AXCP Salyan şöbəsinin sədri olan Zamin Salayev fevralın 7-si Bakıda tutulub, silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. İttihama görə, cəbhəçi həmin gün paytaxt sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparıb. Cəbhəçi Qaradağ Rayon Məhkəməsində mühakimə olunur.
Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir. Mayın 11-də o, ağır vəziyyətdə Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
“Turan”ın 15 may məlumatına görə, həyat yoldaşı Səidə Salayeva cəbhəçi ilə telefonla danışıb: “Səsi çox zəif gəlirdi. Arterial təzyiqi normadan xeyli aşağıdır, kəskin böyrək ağrısından, daimi baş gicəllənməsindən əziyyət çəkir. Həkimlər ona sistem köçürür, səhhətini nəzarətdə saxlayır. Çox israr etsəm də, aclığı dayandırmaq fikrində olmadığını dedi”.
Zamin Salayev 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb. Həmin həbsdən bir müddət öncə Zamin Salayev sosial şəbəkədə video yayaraq Salyan Rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovu bir qadına münasibətdə qanunazidd hərəkətlərdə günahlandırıb. Bundan sonra Həmzə Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Zamin Salayevin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.
AXCP sədri Zamin Salayevdən yazıb
Zamin Salayev: məhkəmə qərar verdi
Zamin Salayev qərarından dönmür
Zamin Salayev 8 kiloqram arıqlayıb
Əli Kərimli: “Biganə qalmamalıyıq”
Zamin Salayev oğluna nədən gileylənib?
Əli Kərimli Zamin Salayevə müraciət edib
Vəkil Zamin Salayevə baş çəkib
“Bu zorakılıq dövlətimizi hörmətdən salır”
Zamin Salayev qərarından şikayət verilib
Əli Kərimli Zamin Salayevə səsləndi
Zamin Salayevin istintaqı bitib
Milli Şuranın Zamin Salayevə müraciəti
Zamin Salayev prosesi başlayır
Zamin Salayevin məhkəməsi başladı