• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Zamin Salayev eksperimenti

  • 12 May 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Qaradağ Rayon Məhkəməsi AXCP funksioneri Zamin Salayevin cinayət işi üzrə növbəti prosesi mayın 17-nə təyin edib.

Bakı İstintaq Təcridxanasında saxlanan Zamin Salayev AXCP Salyan şöbəsinin sədridir. O, fevralın 7-si Bakıda tutulub, silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Rəsmi iddiaya görə, cəbhəçi həmin gün paytaxt sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparıb.

Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir. Aclıq müddətində Zamin Salayev 47 kiloqram çəki itirib, onun səhhəti ağırlaşıb. Vəkillərinin Zamin Salayevi ev dustaqlığına buraxmaq barədə müraciətləri nəticə verməyib.

“Turan” bildirir ki, mayın 11-i Qaradağ Rayon Məhkəməsində keçirilən prosesdə danışan Zamin Salayev heç bir cinayət törətmədiyini, müxalif fəaliyyətinə görə qərəzli şəkildə cəzaya məruz qaldığını deyib.

Natiq Süleymanov və iki şahidin ifadə verdiyi iclasda Zamin Salayevin vəkilləri vəsatət qaldıraraq zərərçəkənin hadisədən 12 saat əvvəl və 8 saat sonra harada olduğunu dəqiqləşdirmək üçün onun mobil telefonunun anten dairəsi bilgilərinin alınmasını istəyiblər. Vəsatət təmin olunmayıb.

AXCP sədri Əli Kərimli yazır ki, 11 may iclasında məhkəmə Zamin Salayev barəsində həbs qərarını yenə dəyişməyib: “Rejim Zamin Salayevin üzərində antiinsani eksperiment aparır. Sanki onun aclığın neçənci günündə öləcəyini gözləyir. Bu qəddarlığa, bu işgəncəyə hamı etiraz etməlidir”.

İttihama əsasən, hadisə Lökbatan dairəsində baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ərazidəki müşahidə kameraları işlək vəziyyətdə olmayıb. Müdafiəçiləri bildirir ki, Zamin Salayev fevralın 7-də Bakıdan Salyana qayıdırmış, Lökbatanda avtomobil gözləyən zaman bıçaqlı şəxs ona hücum edib, cəbhəçi özünü müdafiə etmək istəyib və bu zaman polis əməkdaşları peyda olub.

Zamin Salayev 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb. Həmin həbsdən bir müddət öncə Zamin Salayev sosial şəbəkədə video yayaraq Salyan Rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovu bir qadına münasibətdə qanunazidd hərəkətlərdə günahlandırıb. Bundan sonra Həmzə Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Zamin Salayevin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.

Zamin Salayev tutulub

AXCP sədri Zamin Salayevdən yazıb

Zamin Salayev: məhkəmə qərar verdi

Zamin Salayev qərarından dönmür

Zamin Salayev 8 kiloqram arıqlayıb

Cəbhəçidən quru aclıq anonsu

Əli Kərimli: “Biganə qalmamalıyıq”

Zamin Salayev oğluna nədən gileylənib?

Əli Kərimli Zamin Salayevə müraciət edib

Cəbhəçi aksiyadan çəkilmir

Ev dustaqlığı cəhdi

Azadlıq çağırışı

Vəkil Zamin Salayevə baş çəkib

Zamin Salayevin davası

Zamin Salayev yeriyə bilmir

Vəsatət yolda qalıbmış…

Zamin Salayev həbsdə qaldı

“Bu zorakılıq dövlətimizi hörmətdən salır”

Zamin Salayev qərarından şikayət verilib

Əli Kərimli Zamin Salayevə səsləndi

Zamin Salayevi buraxmadılar

Zamin Salayevdən nə xəbər?

Zamin Salayevin istintaqı bitib

Milli Şuranın Zamin Salayevə müraciəti

Zamin Salayev prosesi başlayır

Kövrək ümidlər

Biabırçılıqdan xilas

Zamin Salayevin məhkəməsi başladı

“Zülmə birlikdə etiraz etməliyik”

Hasilat statistikası

  • 12 May 2023
  • comments

Birinci prezidentin doğum günü

  • 12 May 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda