Trampa ittiham
- 04 Aprel 2023
- comments
- hikmet
- Posted in Dünyanın səsiManşetXəbər
ABŞ-ın sabiq prezidenti Donald Tramp aprelin 4-ü Nyu-York şəhərində Aşağı Manhetten Dairə Prokurorluğuna dəvət olunub. Novator.az bildirir ki, ardınca Nyu-York ştatının Ali Məhkəməsinə aparılan siyasətçiyə 2016-cı ilin prezident seçkisi kampaniyasının maliyyələşməsi qaydalarını pozaraq 130 min dollar qanunsuz ödəniş etmək ittihamı irəli sürülüb. İstintaqın versiyasına görə, həmin pul bir vaxt Donald Trampla münasibətləri olmuş aktrisa Stefani Kiliffordsa (Stormi Deniels) susması müqabilində verilib.
Sabiq prezident ittihamı rədd edir.
1946-cı il təvəllüdlü Donald Tramp Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib. Uzun illər tikinti biznesi ilə məşğul olub, 1999-cu ildə Respublikaçılar Partiyasına qoşulub.
2016-cı ilin prezident seçkisində Respublikaçılar Partiyasının namizədi olan Donald Tramp Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib, 2017-ci il yanvarın 20-də dövlət başçısı səlahiyyətlərinin icrasına başlayıb.
2020-ci ilin prezident seçkisində Donald Tramp Demokratlar Partiyasının namizədi Cozef Baydenə uduzub.
Donald Tramp 2024-cü ilin prezident seçkisində namizəd olmaq istəyir.
Üç dəfə ailə qurmuş sabiq prezidentin ayrı-ayrı nikahlardan beş övladı var.
Mənbə: Nytimes.com