Novator.az Bolqarıstanda aprelin 2-də keçirilmiş parlament seçkisinin yenilənmiş nəticələrinə nəzər salıb. Hesabata görə, GERB Partiyası və Demokratik Qüvvələr İttifaqı 69, Yeniliklərə Davam Partiyası və Demokratik Bolqarıstan Partiyası 64, Dirçəliş Partiyası 37, Hüquq və Azadlıq Hərəkatı 36, Sosialist Partiyası 23, Belə Xalq Var Partiyası 11 mandat götürür.
Proporsional üsulla (partiya siyahıları üzrə) seçilən Bolqarıstan parlamenti 240 deputatdan ibarətdir. Hökumət qurmaq üçün 121 mandat gərəkdir.
Parlament respublikası olan Bolqarıstanda dövlət başçısı funksiyasını prezident yerinə yetirir. 2016 və 2021-ci illərdə Sosialist Partiyasının təmsilçisi Rumen Radev prezident seçilib.
Mənbə: Euronews.com