Jurnalist, nasir Qənimət Zahidin 60 yaşı tamam olur.
Novator.az bildirir ki, 1963-cü il fevralın 10-u Şamaxıda doğulan Qənimət Zahid Bakı Dövlət Universitetini bitirib. Milli azadlıq hərəkatının öncül şəxslərindəndir.
1990-cı ildən “Azadlıq” qəzetində çalışıb, 1991-1994-cü illərdə redaktor postunu tutub, 2003-cü ildən baş redaktordur.
2007-2010-cu illərdə həbsdə olub, siyasi məhbus sayılıb.
2011-ci ildən Fransada yaşayan Qənimət Zahid xaricdən yayılan “Turan TV”nin rəhbəri, “Azərbaycan saatı” televiziya proqramının müəllifi və aparıcısıdır.
1989-cu ildə yaradılan “Azadlıq” qəzeti 2016-cı il sentyabrın 5-dən çapını dayandırıb.
Qənimət Zahid bədii yaradıcılığı ilə də tanınır, romanlar müəllifidir.