Energetika Nazirliyinin 2 fevral məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 86,41 dollara satılır. Bu, büdcədə nəzərdə tutulandan 36,41 dollar yuxarı qiymətdir.
2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 87,99, fevrala 87,53 dollarla başlayıb.
Beynəlxalq razılaşmaya görə, Azərbaycanın gündəlik xam neft hasilatı 684 min barreldir.