Ümumi hesabata görə, Azərbaycanda 827944 nəfər koronavirusa yoluxub, onların 10085-i vəfat edib, 205-i aktiv xəstədir.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
2020-ci il 218700 yoluxma, 2641 ölüm, 2021-ci il 398247 yoluxma, 5717 ölüm, 2022-ci il 209454 yoluxma, 1650 ölümlə bitib.
Novator.az bildirir ki, 2023-cü ilə 1543 yoluxma, 77 ölüm düşür.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5 milyon 402,3 min nəfərə bir, 4 milyon 877 min nəfərə iki, 3 milyon 397,9 min nəfərə azı üç, 265,2 min nəfərə pozitiv nəticədən sonra bir doza peyvənd vurulub.