Dekabrın 29-na olan beynəlxalq statistikaya görə, koronavirus infeksiyası 225 ölkə, ərazi və məkanda 6 milyon 691 mindən çox adamın ölümünə gətirib. Novator.az bildirir ki, yaxın ölkələr arasında ən çox Rusiya itki verib: 393548 nəfər.
İranda 144677, Ukraynada 110766, Türkiyədə 101492 ölüm qeydə alınıb.
Qalan yaxın ölkələr belə sıralanır: Gürcüstan – 16897 itki, Qazaxıstan – 13695, Moldova – 11933, Litva – 9475, Ermənistan – 8716, Belarus – 7118, Latviya – 6145, Qırğızıstan – 2991, Estoniya – 2854, Özbəkistan – 1637, Tacikistan – 125.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də rəsmiləşib. Ümumi hesabata əsasən, ölkədə 826165 nəfər koronavirusa yoluxub, onların 10008-i vəfat edib, 516-sı aktiv xəstədir, qalanları sağalıb.