• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Laçın yolunda aksiya davam edir

  • 29 Dekabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

AZƏRTAC-ın 29 dekabr məlumatına görə, Yuxarı Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, Qızılbulaq və Dəmirli yataqlarında monitorinqə icazə verilməsini tələb edən azərbaycanlı fəallar Laçın yolunun Şuşadan keçən hissəsində etiraz aksiyasını davam etdirir, “Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır”, “Ekoloji cinayətə son!”, “Azərbaycan milləti qoruyacaq sərvəti” kimi şüarlar səsləndirir.

Azərbaycan hökumətinin və “AzerGold” şirkətinin nümayəndələri keçmiş Ağdərə rayonu ərazisindəki Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında monitorinq aparmaq istəyir. Rusiya hərbi qüvvələrinin Xocalıdakı qərargahında komandanlıqla dekabrın 3-də və 7-də keçirilmiş görüşlərdə yataqlara yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunub.

Dekabrın 10-da ermənilər Azərbaycan nümayəndələrinin Qızılbulaq və Dəmirli yataqlarına baş çəkməsini əngəlləyib.

Dekabrın 12-si səhərdən azərbaycanlı fəallar Yuxarı Qarabağdan Ermənistana gedən Laçın yolunun Şuşa şəhəri yaxınlığında oturaq aksiya keçirərək Azərbaycan nümayəndələrinin Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkməsinə şərait yaratmaq tələbi qoyub.

Azərbaycan nümayəndələri dekabrın 16-sı Xocalıda Rusiya hərbi qüvvələrinin komandanlığı ilə daha bir görüş keçirib, ancaq Qızılbulaq və Dəmirli yataqlarında monitorinqə yenə şərait yaradılmayıb.

Dekabrın 28-i axşam Yuxarı Qarabağdakı işğalçı rejim yataqlarda işin müvəqqəti dayandırıldığını, beynəlxalq ekoloji ekspertiza üçün müraciət olunacağını bəyan edib.

1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq (Yuxarı) Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb, bu, getdikcə vüsət alaraq Ermənistanın açıq təcavüzünə çevrilib.

1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-ci ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlarla Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti nəzarət edir. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimin idarəçiliyindədir.

Koronavirus ölümləri

  • 29 Dekabr 2022
  • comments

Qiyməti təsdiqlənmiş dərmanların siyahısı

  • 29 Dekabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Putin qorxu yaradır – CNN

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Dünya mediasından

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ştirnerdən Bazarova anarxizm

GLOBALS:0
comments
Xəbər

Koronavirus statistikası

GLOBALS:0

Tags

  • Bölgə
  • Ekologiya
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Putin qorxu yaradır – CNN

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Putin qorxu yaradır – CNN

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Dünya mediasından

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ştirnerdən Bazarova anarxizm

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda