Novator.az 2023-cü ilin iş günü olmayan dövlət bayramlarının siyahısını (əlavə istirahət günləri nəzərə alınmaqla) təqdim edir:
Yeni il – 1-4 yanvar (bazar-çərşənbə)
Qadınlar Günü – 8 mart (çərşənbə)
Novruz bayramı – 20-24 mart (bazar ertəsi-cümə)
Ramazan bayramı – 21-24 aprel (cümə-bazar ertəsi)
Qələbə Günü – 9 may (çərşənbə axşamı)
Müstəqillik Günü – 28-29 may (bazar-bazar ertəsi)
Milli Qurtuluş Günü – 15 iyun (cümə axşamı)
Silahlı Qüvvələr Günü – 26 iyun (bazar ertəsi)
Qurban bayramı – 28-29 iyun (çərşənbə-cümə axşamı)
Zəfər Günü – 8 noyabr (çərşənbə)
Dövlət Bayrağı Günü – 9 noyabr (cümə axşamı)
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – 31 dekabr (bazara düşür, bu, 2024-cü ilin təqvimində nəzərə alınacaq).
Əmək Məcəlləsinə görə, iş günü hesab olunmayan bayram günləri şənbə və bazar günlərinə təsadüf edəndə, eləcə də Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşəndə əlavə istirahət günü verilir.
Üç dövlət bayramı iş günü sayılır: Müstəqilliyin Bərpası Günü – 18 oktyabr (çərşənbə), Konstitusiya Günü – 12 noyabr (bazar), Milli Dirçəliş Günü – 17 noyabr (cümə).