Noyabrın 20-dən Qətərdə keçirilən 22-ci dünya futbol çempionatının 60 oyununda qapılara 158 top vurulub, hər görüşə orta hesabla 2,63 qol düşüb.
Stadionlarda orta tamaşaçı sayı 51 min 898 nəfər göstərilir.
Yarımfinal cütlükləri belə müəyyənləşib:
Argentina – Xorvatiya
Fransa – Mərakeş.
Novator.az bildirir ki, yarımfinallar 13-14 dekabra, üçüncü yer uğrunda oyun 17 dekabra, final 18 dekabra təyin olunub.
Dörd yarımfinalçının üçü əvvəlki dünya çempionatlarında medallar əldə edib: Argentina – 2 qızıl, 3 gümüş; Fransa – 2 qızıl, 1 gümüş, 2 bürünc; Xorvatiya – 1 gümüş, 1 bürünc.
Mərakeş əvvəllər iştirak etdiyi 5 çempionatın 1-də 1/8 finala çıxıb.
Çempionat dekabrın 18-də bitəcək.