Koronavirus: beynəlxalq statistika nə göstərir?
- 11 Noyabr 2022
- comments
- hikmet
- Posted in Dünyanın səsiManşetXəbər
Worldometers.info-da yer alan beynəlxalq statistikaya görə, noyabrın 11-nə 205 ölkə və ərazidə 13 milyon 810,5 min aktiv koronavirus xəstəsi var. İlk üçlükdə göstərilən Yaponiyada 2,3 milyon, ABŞ-da 1,3 milyon, Almaniyada 956,3 min nəfərin müalicə altında olduğu xəbər verilir.
Novator.az bildirir ki, yaxın ölkələr arasında Rusiya birincidir: 208170 xəstə.
Gürcüstanda 130933, İranda 80553, Estoniyada 80033, Moldovada 78121, Türkiyədə 56967, Ukraynada 28456, Qırğızıstanda 7067, Litvada 6330, Latviyada 5701, Ermənistanda 2247, Özbəkistanda 1755, Belarusda 1327, Qazaxıstanda 1172, Tacikistanda 397 xəstə qeydə alınıb.
2019-cu ilin dekabrında Çində üzə çıxıb daha 229 ölkə, ərazi və məkana yayılan koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də rəsmiləşib. Milli hesabata əsasən, ölkədə 823592 nəfər koronavirusa yoluxub, onların 9957-si vəfat edib, 181-i aktiv xəstədir, qalanları sağalıb.