• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Anaların hüzuru

  • 14 Sentyabr 2022
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Samir Əliyev

Bakı. Səhər tezdən. Aeroporta gedirəm. Taksi sürücüsü haradasa 30 yaşlı oğlandır. Yenicə ailə qurub. Söhbət zamanı məsələ gəlir gecə taksidə işləməyə. Bununla da sürücünün dərdi təzələnir.

Qarabağ qazısidir. Dörd dost (həm də marketdə iş yoldaşı) birgə 2020-ci ilin Vətən müharibəsində iştirak ediblər.

Birgə getməyə qərar versələr də, alınmayıb. Üçü sentyabrın 29-u, biri oktyabrın 5-i döyüşə yollanıb. Ancaq Cəbrayılda görüşə biliblər. Maşında gedərkən artilleriya atəşinə düşüblər, üçü yaralanıb.

Cəbhədən sonra problemlə üzləşirlər. Yara almış şəxslərin sutkada 14-15 saat ayaq üstə durmasının mümkünsüzlüyü, müştərilərlə səbirlə davranmaq çətinliyi üç nəfərin işini itirməsi ilə nəticələnir. Yalnız döyüşdə heç bir zərər almamış dost işini qoruya bilir.

Düzdür, üçlüyə marketdə başqa iş təklif olunur, ancaq əməkhaqqı iki-üç dəfə aşağı olduğundan imtina edirlər. Başqa marketlərə, rəsmi qurumlara müraciətlər boşa gedir.

İndi hər üçü taksi sürücüsü işləyir. “Günahları” odur ki, döyüşdə sağlamlıqlarını qoruya bilməyiblər və buna görə taksidə gecə işləməyə məcburdurlar. Gündüz işləməyə əsəbləri tab gətirmir. Qəlpə yarası almış, ayağına mil yerləşdirilmiş qazi indi ayda 247 manat müavinət alır. 5 ilin tamamında yoxlamadan keçəcək və müavinəti itirə də bilər.

Sürücü çox narazılıqlar edir: onlara diqqətsizlikdən tutmuş icra hakimiyyətində “getməzdin, səni məcbur etməmişdik” kimi sözlərin deyilməsinə qədər. İntiharları belə münasibətlə bağlayır.

Qazilərə münasibət. Mənim qarşıma çıxan bəlkə də ən yüngül nümunədir. Daha ağır nümunələr var.

Qaziləri qorumalıyıq. Bizim üçün döyüşənlər qayğıdan, diqqətdən kənar qalmamalıdır. Vətən ölmək üçün deyil, yaşamaq üçündür. Qərar verənlər gözüyaşlı anaları, ataları, bacıları, qardaşları, övladları düşünsünlər. İnsan ağac deyil kəsib yenisini əkəsən, bina deyil dəfələrlə təmir edib sonra heç nə olmamış kimi söküb yenisini tikəsən. Üç gün şəhid analarına təskinlik ver, sonra onlar dərdləri ilə təkbətək qalsınlar…

Vətən hamı üçündür. Birilərinin kef çəkməsi, digərlərinin xəyallarının ölməsi üçün deyil.

Tanrıdan günahlarımızın bağışlanmasını istəyəndə öncə bizi anaların hüzuruna göndərəcək…

Şəhidlər

  • 14 Sentyabr 2022
  • comments

Putin məğlub ola bilər – “The Telegraph”

  • 14 Sentyabr 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda