• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yer üstündə, sual altında

  • 21 İyul 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

İyulun 22-si Azərbaycan Jurnalistikası Günüdür – Azərbaycan mətbuatının 147 yaşı tamam olur. Novator.az bildirir ki, bu media bayramı da jurnalistlər üçün tikilmiş üçüncü binanın taleyinə aydınlıq gəlmədən ötür.

Bakının Bibiheybət qəsəbəsində, Yeni Salyan şosesində jurnalistlərin yaşadığı iki bina var. 156 mənzilli ilk bina 2013-cü ildə, 255 mənzilli ikinci bina 2017-ci ildə media işçilərinə təqdim olunub, mənzillər jurnalistlərə pulsuz verilib. Hər iki yaşayış binası prezident sərəncamları ilə dövlət vəsaiti hesabına inşa edilib.

Bünövrəsi 2017-ci ildə eyni şərtlər əsasında qoyulmuş 255 mənzilli üçüncü bina da çoxdan hazırdır, amma boş qalır.

2021-ci il iyulun 24-də bir qrup media və QHT nümayəndəsi prezident İlham Əliyevə müraciətdə binadakı mənzillərin şəhid ailələrinə, 2020-ci ilin Vətən müharibəsindəki qələbədə xidmətləri olan hərbi qulluqçulara və qazilərə verilməsini istəyib. Həmin müraciətin ardınca binanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ixtiyarına keçdiyi xəbəri yayılıb, ancaq bu iddia təkzib olunub.

Binaların tikintisinə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu məsul olub. 2009-cu il aprelin 3-də yaradılmış həmin fond 2021-ci il yanvarın 12-də Medianın İnkişafı Agentliyinə çevrilib. Həmin qurumun rəsmiləri jurnalistlər üçün tikilmiş üçüncü bina barədə sualları adətən bir cümlə ilə cavablandırır: “Xəbərimiz yoxdur”.

Media ilə işə məsul olan digər təsisatlar da susur.

Bina yer üstündə, sual altındadır.

1875-ci ildə Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirməyə başladığı “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi tarixə düşüb. 1991-ci il iyulun 5-də 22 iyul – “Əkinçi”nin birinci nömrəsinin çapdan çıxdığı gün Azərbaycan Jurnalistikası Günü elan edilib.

Ukrayna pulu 25 faiz ucuzlaşdı

  • 21 İyul 2022
  • comments

Rövşən Nəcəf Dövlət Neft Şirkətinin prezidenti təy...

  • 21 İyul 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Media
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda