![]({"full":{"0":"2022\/07\/Ukrayna-qrivna-3.jpg","1":800,"2":533,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2022\/07\/Ukrayna-qrivna-3.jpg"}})
Ukrayna pulu 25 faiz ucuzlaşdı
- 21 İyul 2022
- comments
- Novator.az
- Posted in Dünyanın səsiManşetXəbər
İyulun 21-də Ukrayna Milli Bankı yerli valyutanın – qrivnanın ABŞ dollarına məzənnəsini kəskin dəyişib. Novator.az bildirir ki, 25 faiz devalvasiya nəticəsində dolların rəsmi qiyməti 36,5 qrivnanı ötüb. Qərar yerli vaxtla səhər saat 9-da qüvvəyə minib.
Devalvasiya Rusiyanın total təcavüzü nəticəsində Ukrayna iqtisadiyyatının tənəzzülə uğraması və ABŞ dollarının son aylar dünya valyutaları qarşısında dəyər artırması ilə əsaslandırılıb.
Azərbaycan Mərkəzi Bankı iyulun 21-də Ukrayna qrivnasını 0,0578 manata satır.
2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını işğal edərək özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini tutaraq iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır, ölkənin şərq və cənub vilayətlərinin böyük bir hissəsi işğal olunub.