• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qorxunc təcrübədən imtina zamanı

  • 14 İyul 2022
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Xalid Ağalıyev
Media hüquqçusu

Böhtan və təhqirə görə ağır cinayət cəzalarının yayğınlaşması təəssüf, narahatlıq doğurur. İyulun 13-də Yasamal Rayon Məhkəməsi daha bir şəxsi ictimai müzakirələr kontekstində işlətdiyi ifadələrə görə məhkum edib. 1 il azadlıqdan məhrumetmə cəzası alan KİM TV internet kanalının redaktoru Abid Qafarov böhtan və təhqirdə təqsirli bilinib. Jurnalist müharibə veteranları barədə ifadələrini aşağılayıcı sayan bir qrup qazinin şikayəti əsasında mühakimə olunub.

Abid Qafarov Azərbaycanda diqqət mərkəzində olan hadisəni – hərbçilərə işgəncə verilməsi olayını, “Tərtər işi”ni araşdırması ilə tanınırdı.

Məhkəmə mübahisəsinə gətirən olaylara, məhkəmə zamanı yaşananlara, prosesin sifarişli xarakter daşıması haqda deyilənlərin məzmununa varmadan çox təəssüf doğuran hökmdür. Belə qərarlar ilk növbədə bütün haqların təməlində dayanan ifadə azadlığına ciddi qorxular yaradır, “ictimai nəzarətçi” rolu daşıyan medianı, jurnalistləri özünüsenzuraya zorlayır.

Belə qərarlar həm də dövlət üçün yüngül başa gəlmir. Azərbaycan məhkəmələrinin ifadə azadlığına cinayət cəzaları tətbiq etdiyi, daha sonra Avropa İnsan Hüquqları Məhkəməsində mübahisələndirilən işlərin hamısında milli qərarların ciddi pozuntularla müşayiət olunduğu nəticəsinə gəlinib. Beynəlxalq müstəvidə verilən belə qərarlarsa bir tərəfdən dövlət üçün maliyyə yüküdür, digər tərəfdən hökumətin öz jurnalisti, araşdırıcısı, vətəndaşı ilə qabaqcıl, firavan ölkələrdə 40-50 il əvvəl imtina olunmuş vasitələrlə davranma görüntüsüdür, ölkəmizi indekslərdə, beynəlxalq məclislərdə çək-çevirlərin, tənqidlərin mərkəzinə gətirməkdir.

Hələ 10-15 il əvvəl dövlət proqramlarında, ölkə başçısının imzaladığı digər sənədlərdə bəzi əməllərin dekriminallaşdırlmasına, böhtan və təhqirə görə cinayət cəzaları nəzərdə tutan qanunların dəyişdirilməsinə, qarayaxma qanununun qəbul edilməsinə göstərişlər verilib. İllər keçib, həmin göstərişlər hələ də kağız, sənəd üzərində qalır. Hökumət son zamanlar ifadə azadlığına sərt cinayət cəzalarının tətbiq edilməsinin geniş vüsət almasının işığında məsələni yenidən gündəmə gətirməli, bəhs etdiyim sənədlərdə nəzərdə tutulan fəaliyyətlər həyata keçirilməli, müvafiq qanunlara dəyişiklik edilməli, ifadə azadlığı haqqından yararlanmanı qorxunc hala gətirən məhkəmə təcrübəsindən imtina olunmalıdır.

Abid Qafarovun həbsinə reaksiyalar

  • 14 İyul 2022
  • comments

Müqayisənin müqayisədən fərqi

  • 14 İyul 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Media
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda