Psixoloqlar Ağdamda 300-dən çox qadına yardım göstəriblər
- 05 May 2022
- comments
- Novator.az
- Posted in Xəbər
“Gənc Psixoloqlar” İctimai Birliyinin Vətən müharibəsinin canlı şahidi olan, Ağdam rayonunun kənd və qəsəbələrində yaşayan qadınlara psixoloji yardım layihəsi başa çatıb.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində 300-dən çox qadına psixi sağlamlıqda yaranan çətinliklərlə mübarizə texnikaları haqda məlumat verilib, onlarla fərdi və qrup halında görüşlər təşkil olunub.
Layihə üç ay müddətində Ağdam rayonunun 25 kənd və qəsəbəsində reallaşdırılıb.