Fransada yaşayan azərbaycanlı bloqçu Məhəmməd Mirzəli 2021-ci il martın 14-ü Nant şəhərində bıçaqlanmışdı.
“Turan”ın məlumatına görə, 2022-ci il aprelin 26-sı Fransada məhkəmə dörd azərbaycanlıya ittiham irəli sürüb. Onların üçü Azərbaycandan, biri Gürcüstandandır. Mütəşəkkil dəstənin tərkibində adam öldürməyə cəhddə ittiham edilən həmin şəxslərin həbs olunduğu vurğulanır.
Məhəmməd Mirzəli bir neçə ildir sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini sərt tənqid edən reportajlar yayması ilə tanınır.