• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezident iradına irad

  • 15 Aprel 2022
0
SHARES
FacebookTwitterPinterest

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri ötən ilin ilk rübü ilə müqayisədə 12,2 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları 17 faiz, qeyri-ərzaq məhsulları 6,2 faiz, ödənişli xidmətlər 10,1 faiz bahalaşıb.

Aprelin 12-də ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə danışan prezident İlham Əliyev rəsmi statistikaya istinad edərək inflyasiyanın yüksək olduğunu vurğulayıb: “Bunun bir hissəsi idxal edilmiş inflyasiyadır. Dünyada ərzaq məhsullarının və digər məhsulların qiymətinin artması daxili qiymətlərə də təsir edir. Antiinflyasiya tədbirlərinin görülməsi, gücləndirilməsi zəruridir. Əsas məsələ süni qiymət artımının qarşısının alınmasıdır. Çünki belə hadisələrdə, belə geosiyasi vəziyyətdə bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar. Buna xüsusi diqqət göstərilməlidir”.

İqtisadçı, REAL Partiyasının funksioneri Natiq Cəfərli dövlət başçısının çıxışındakı həmin məqamı şərh edib. Novator.az-ın məlumatına görə, o yazır: “İllərdir yorulduq deməkdən: süni qiymət artımı varsa, ölkədə bazar iqtisadiyyatı yoxdur, süni qiymət artımı varsa, rəqabətli mühit yoxdur. Süni qiymət artımı etirafdır, ölkədə primitiv məmur-dövlət kapitalizm sisteminin olmasına işarədir.

Pərakəndə satışda süni qiymət artımı anlayışı olmur, mümkün deyil, ölkədə heç bir qanun sahibkara qiymətqoymada məhdudiyyət tətbiq edə bilməz. Sahibkarın yeganə öhdəliyi qazancdan vergi verməkdir. Yəni pərakəndə satışla məşğul olan sahibkar 1 manata aldığını 5 manata da sata bilər, qazandığı 4 manatın bütün vergilərini verməlidir.

Rəqabətli mühit olanda heç kəs qiymətləri kəskin artıra bilmir. Ölkədə yalnız Tarif Şurasının təyin etdiyi, dövlətin tənzimlədiyi qiymətlərdə süni artım anlayışı ola bilər, məsələn, Aİ-92 markalı benzinin litri 1 manatadır, yanacaqdoldurma stansiyası benzini 1 manat 20 qəpiyə satsa, bu, qanun pozuntusu, süni qiymət artımı olar.

Dövlətin vəzifəsi, işi sahibkara “natəmiz” və ya “işbaz” demək deyil, sahibkar üçün ədalətli hakim və tənzimləyici rolunda olmaqdır. Süni qiymət artımı məmurların himayəsindəki iri holdinqlərdə, şirkətlərdə ola bilər, əgər “natəmiz” onlardırsa, məmurları biznesdən qoparsınlar, topdansatış bazarına nəzər yetirsinlər.

Prezident hər dəfə süni qiymət artımından danışanda, məmurlar nəzarəti artıracaqlarını deyəndə bu, sonda kiçik sahibkarların başında çatlayır, onlar qanuni-qanunsuz cərimələnir, bununla da iş bitir.

Məmləkətdə qiymət artımının səbəbləri çoxdur. Obyektiv səbəb dünyada da qiymətlərin artması, logistikanın bahalaşmasıdır, subyektiv səbəblər isə məmur biznesi, inhisarçılıq, gömrük və vergi orqanlarının anormal fəaliyyətidir.

İndi qiymətlərin azaldılmasının və ya heç olmasa artımın qarşısının alınmasının tək yolu əsas ərzaq malları və dərman preparatlarında gömrük rüsumlarının sıfırlanması, əlavə dəyər vergisinin isə ləğv edilməsi, yerli istehsalın yaranması, artırılması, ədalətli rəqabətli mühitin formalaşdırılmasıdır. Başqa yol yoxdur, natəmiz sahibkar olmur, natəmizliyi təşviq edən sistem olur”.

“Güzəştli mənzil”ə müdaxilə

  • 15 Aprel 2022

Tutulan jurnalistin işi nəzarətə götürülüb

  • 15 Aprel 2022

Son materiallar

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

Rəylər

Do not miss

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

Son materiallar

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

comments
ManşetŞərh

Dalana doğru

comments
ManşetXəbər

Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)

comments
ManşetXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
ManşetXəbər

Manatdan baha valyutalar

comments
ManşetXəbər

Azərbaycanın koronavirus statistikası

comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd statusu verdi

comments
ManşetXəbər

Tofiq Yaqublu anasının ilinə də buraxılmır

comments
Dünyanın səsiManşetXəbər

Putinin dünya arenasına qayıdışı – CNN

comments
ManşetXəbər

Əli Əliyevin cəza müddəti 1 ilə qalxdı

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan ehtiyatda olanları hərbi toplanışa çağırır

comments
ManşetXəbər

Neftin büdcə qiyməti artırılır

comments
Dünyanın səsiManşetXəbər

Rusiya təhdidi: F-16 qırıcılarının istismar müddəti artırıldı

comments
ManşetŞərh

Pulun bəlli istiqaməti

comments
AktualManşetŞərh

Bahalıq artımları

comments
ManşetXəbər

Erkin Qədirli komitə sədrinin müavini seçilib

comments
Dünyanın səsiManşetXəbər

Qonşuluqda xəstə sayı

comments
Dünyanın səsiManşetXəbər

Bolqarıstanda hökumət böhranı

comments
ManşetXəbər

Aytən Məmmədova: “Araşdırma davam edir”

comments
ManşetXəbər

Rəsmilərin maaşında yenilik təklifləri

comments
AktualXəbər

Bölgələr üzrə kredit və əmanət

comments
AktualDünyanın səsiManşetŞərh

Uyğur müsibəti Ukrayna müsibəti kimidir – “Politico”

comments
ManşetXəbər

Bankların beş ayı

comments
ManşetXəbər

Büdcədə yeniliklər ilk oxunuşdan keçdi

comments
ManşetXəbər

Ali Məhkəmə Əli Əliyevi həbsdə saxladı

comments
AktualManşetXəbər

Tərs artımlar

comments
AktualManşetXəbər

Erməni professorun Mustafa Hacıbəyliyə məktubu

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda