• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Artıq” pulun hesabı

  • 17 Mart 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinə 4 milyard 626,1 milyon manat vəsait daxil olub, büdcədən 2 milyard 685,1 milyon manat vəsait xərclənib, büdcənin icrasında 1 milyard 941 milyon manat artıqlıq yaranıb. Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli rəsmi statistikaya diqqət yönəldərək yazır ki, 2 milyard manata yaxın artıqlıq təəccüblü deyil: “Neft büdcədə nəzərdə tutulduğundan xeyli baha satılır. Vergiləri, aksizləri, rüsumları, cərimələri də artırıblar. Vətəndaşı mümkün olan maksimum həddə sıxıblar və indi bütün mənimsəmələrdən və rəsmi büdcə xərclərindən sonra 2 milyard manata yaxın artıq pul qalıb.

Hökumət bilmir bu pulla nə etsin. Şəhid ailələrinin, qazilərin, veteranların müavinətlərini artırmaq ağıllarına gəlmir. Uşaq pulu vermək barədə heç düşünmürlər.

İqtisadiyyata sərmayə qoyub çoxlu və real iş yeri açmaq, kiçik və orta biznesi canlandırmaq üçün iş adamlarına, iş qurmaq istəyən gənclərə aşağı faizlə kredit vermək də ağıllarına gəlmir.

Pensiya yaşını aşağı salmaq, ötən illərdə ləğv etdikləri 211 min nəfərin pensiyasını bərpa etmək də planlarında yoxdur.

Qarabağda bərpa işlərini, məcburi köçkünlərin yurd-yuvalarına qayıdışını sürətləndirməyə də ehtiyac duymurlar.

Heç olmasa ərzaq qiymətlərini azacıq salmaq üçün məhsulları əlavə dəyər vergisindən azad etməyi də düşünmürlər.

Hökumətin nəzərində bu “artıq” pulu büdcədən silməyin ən məqbul yolu yenə də hansısa lüzumsuz, şişirdilmiş tikinti layihələri olacaq.

İllər keçir, bizim ölkədə heç nə dəyişmir. 5, 10, 15, 20 il öncə olduğu kimi bu gün də korrupsiya dövlət siyasətidir. Xalqın yaşadığı sosial çətinlik hakimiyyətin vecinə deyil.

Dünyadakı dəyişikliklərdən nəticə çıxarmaq da bunlarlıq deyil. Çünki bu hakimiyyət bu xalqa yaddır və biz xalq olaraq hökuməti özümüzlə hesablaşmağa məcbur edəcək həddə təşkilatlana bilməmişik.

Gec də olsa səhvlərimizi düzəltməliyik. Həyatımızın dəyişməsi üçün ilk növbədə özümüz dəyişib daha məsuliyyətli, daha tələbkar vətəndaş olmalıyıq”.

Arif Hacılı Ukrayna müzakirəsinə dəvət alıb

  • 17 Mart 2022
  • comments

Mandat bölgüsü yenilənir

  • 17 Mart 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

Deportasiya müharibələri başlanır – “Uoll Strit Jurnal”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribuna

Deportasiya müharibələri başlanır – “Uoll Strit Jurnal”

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

Deportasiya müharibələri başlanır – “Uoll Strit Jurnal”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda