Son rəsmi hesabata əsasən, Azərbaycanda ümumən 788525 nəfər koronavirus infeksiyasına yoluxub, onların 9488-i vəfat edib.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.
2020-ci ildə 218700 yoluxma, 2641 ölüm olub, 2021-ci il 398247 yoluxma, 5717 ölümlə bitib.
Novator.az-ın məlumatına görə, 2022-ci ilin statistikası belədir:
yanvar – 41523 yoluxma, 376 ölüm
fevral – 127200 yoluxma, 683 ölüm
mart – 2855 yoluxma, 71 ölüm.
2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə gedir. Rəsmi hesabat 5 milyon 305 min 977 nəfərin bir doza, 4 milyon 792 min 145 nəfərin iki doza, 2 milyon 801 min 802 nəfərin iki dozadan çox peyvənd aldığını göstərir, 211 min 95 nəfərə xəstəlikdən sonra bir doza peyvənd vurulduğu bildirilir.