• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dəyərlər məsələsi

  • 04 Mart 2022
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Qubad İbadoğlu
ADR Partiyasının sədri

Rusiyanın Ukraynaya total təcavüzü başlayandan sosial şəbəkələrdə gedən müzakirələr çoxdan gəldiyim bir qənaəti möhkəmləndirdi. Avtoritar rejimlərdə azadlıq şüuru inkişafdan qalır, cəmiyyət mənəvi və əxlaqi dəyərlərdən uzaqlaşır. Bunu ukraynalıların apardığı mübarizəni dəyərsiz sayanların şərhlərindən aydın görmək olur. Az aşım, ağrımaz başım prinsipi ilə yaşayanlar təcavüzkar Rusiyanı deyil, təcavüzə məruz qalan Ukraynanı, onun yanında olan Qərbi qınayır. Anlamırlar ki, bölgənin də, Azərbaycanın da gələcəyi Ukraynada həll olunur, demokratiyanın ön cəbhəsi oradır və biz də arxa cəbhədə onlara mənəvi, siyasi və maddi dəstək verməliyik.

Postsovet məkanında avtoritarizmin beşiyi olan Rusiyanın düşdüyü ağır situasiyaya görə Qərbi günahlandıranlar da az deyil. Başa düşmürlər ki, Rusiyanın hazırkı durumunda rus xalqı da günahkardır, onlar Putinin 22 illik hökmranlığının əvəzini xalq olaraq birlikdə ödəyirlər. Xalqlar durumu düzgün dəyərləndirib vaxtında düzgün qərar vermirsə, belə vəziyyət bir gün də onların avtoritar ölkəsində, o sıradan Azərbaycanda müşahidə olunacaq. Vaxt gələcək, Azərbaycan xalqı da Əliyev rejiminin fəsadlarını ödəyəcək.

Rus ordusunun Ukraynada verdiyi itkilər göstərdi ki, azadlığı dəyər olaraq qiymətləndirən xalqlar irəli gedirlər, hətta ən güclü düşmən belə onları əzə bilmir. Rus ordusu Ukraynada hansısa döyüşləri uda bilər, amma Rusiya bu müharibəni uduzub və hazırda Putin hakimiyyəti sonun başlanğıcını yaşayır.

…Putin Rusiyasına qarşı olmaq Qərbi sevmək demək deyil, mən Azərbaycan sevdalıyam, xalqımın layiq olduğu yaxşı idarəçilik, azadlıqlar və sosial təminatlı həyat uğrunda mübarizə aparıram. Qərbdə yaşadığım dövrdə insana verilən dəyərin, onun azadlığı və təhlükəsizliyinin, firavan yaşayışının, yüksək təhsilin və müasir elmin inkişafa verdiyi töhfənin, ictimaiyyət qarşısında hesabatlılığın və açıq hökumətin şahidi olmuşam. Bu universal dəyərlərin Azərbaycanda da tətbiqini məqbul hesab edirəm. Azərbaycanda da hər kəs bunu başa düşməli, özünü dövlətinin sahibi kimi hiss etməli və bunun üçün də demokratiya uğrunda mübarizəyə qoşulmalı, Ukraynanın yanında olmalıdır.

Qubad İbadoğlu iqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində və dünyanın bir çox ölkəsinin ali məktəbində dərs deyib, hazırda London İqtisadiyyat Məktəbinin professorudur.

Yeni informasiya sistemi, qaydalar

  • 04 Mart 2022
  • comments

Təcavüzün iqtisadi fəsadları

  • 04 Mart 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda