• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Putin qalib gəlsə, yeni era çox təhlükəli olacaq”

  • 25 Fevral 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

“Rusiya prezidenti Vladimir Putin Ukraynaya genişmiqyaslı hərbi müdaxiləyə əmr verməklə faktiki soyuq müharibədən sonrakı eranı məhv etdi”. ABŞ-ın “Vaşinqton Post” qəzetində dərc olunmuş “Putinin Ukraynaya hücumu yeni dünya nizamını formalaşdırır” başlıqlı məqalədə belə deyilir. Məqalənin müəllifi qəzetin siyasi şərhçisi Devid İqnatiusdur.

Novator.az-ın məlumatına görə, məqalədə bildirilir ki, indi qlobal münasibətlər yenidən formalaşdırılmalıdır və onun formasının necə olacağı Putinin amansız kampaniyasının qələbə, yoxsa məğlubiyyətlə baş çatacağından asılıdır: “Özünün tam əsassız hərbi müdaxiləsi ilə Putin İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq hüquqi normaları, həmçinin soyuq müharibədən sonrakı Avropa nizamını yerlə-yeksan etdi. Bu nizam onsuz da laxlayırdı və əvvəl-axır yenidən qurulmalı idi”.

Məqalədə vurğulanır ki, Putin Ukraynanı özünə tabe etdirmək uğrunda apardığı döyüşü uduzsa, yeni dünya nizamı həm möhkəm, həm də ümidverici olacaq: “Yox, Putin qalib gəlsə, onda yeni era həqiqətən çox təhlükəli olacaq”.

2014-cü ildə Ukraynada xalq inqilabı Qərbə bağlı qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələnib. Bunun ardınca Rusiya Ukraynanın Krım bölgəsini zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsini də işğal edərək ərazidə separatçı rejimlər qurub.

2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri – “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı müstəqil dövlətlər kimi tanıyıb, hər iki rejimlə dostluq və qarşılıqlı yardım haqqında müqavilələr imzalayıb. Fevralın 24-də isə Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatlara əmr verib. Həmin gün səhərdən Ukrayna torpağında qanlı döyüşlər gedir. Ukraynada hərbi vəziyyət tətbiq olunub, ölkənin Rusiya ilə diplomatik münasibətləri kəsilib.

Mənbə: Washingtonpost.com

İki ayın populyar adları

  • 25 Fevral 2022
  • comments

UEFA-dan Rusiyaya sanksiya

  • 25 Fevral 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Media
  • Siyasət
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda