• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ səfirliyinin “Media haqqında” qanuna münasibəti açıqlanıb

  • 10 Fevral 2022
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

ABŞ-ın Azərbaycandakı səfirliyinin “Media haqqında” qanuna münasibəti açıqlanıb.

Novator.az-ın məlumatına görə, “Turan” agentliyinin qanunla bağlı sorğusunu cavablandıran səfirliyin rəsmi nümayəndəsi deyib: “Biz media haqqında yeni qanunun müstəqil jurnalistlərin, KİV sahəsində ekspertlərin və beynəlxalq təşkilatların, o cümlədən ATƏT və Avropa Şurasının rəyi nəzərə alınmadan qəbul edilməsindən və imzalanmasından narahatıq.

Prezident Əliyevin imzaladığı qanunu tədqiq etməyə davam edirik və səbirsizliklə bu və digər ekspertlərin qanunla bağlı təhlillərini gözləyirik.

Hökuməti yeni qanunu ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində öhdəliklərinə uyğun şəkildə tətbiq etməyə çağırırıq”.

“Media haqqında” qanun layihəsi 2021-ci il dekabrın 10-da üzə çıxıb, dekabrın 30-da Milli Məclisin son oxunuşundan keçib. 2022-ci il fevralın 8-də prezident İlham Əliyev qanunu imzalayaraq onun tətbiqinə fərman verib.

İndiyədək bir sıra yerli və xarici tənqidçilər media qanunu layihəsinin geniş və məzmunlu məsləhətləşmələr aparılmadan qəbul edilməsindən narahatlıq ifadə edib. Onların fikrincə, layihə insan hüquqları, ifadə azadlığı və kütləvi informasiya vasitələri azadlığı sahəsində beynəlxalq standartlara uyğun deyil, media sahəsini və jurnalist peşəsini həddindən artıq çox tənzimləyir, hakimiyyət orqanlarına lisenziyalaşdırma yolu ilə jurnalistlərin işini məhdudlaşdırmaq səlahiyyəti verir, həmçinin media şirkətlərinin və təşkilatlarının maliyyə fəaliyyətinə, hüquqi fəaliyyətinə və əməliyyat fəaliyyətinə məhdudiyyətlər tətbiq etməyə yol açır.

Qanun layihəsi Milli Məclisdə qəbul ediləndən sonra ABŞ Dövlət Departamenti Azərbaycan prezidenti İlham Əliyevi onu hazırkı formada imzalamamağa çağırmışdı.

Azərbaycan Konstitusiyasının 97-ci maddəsinə görə, qanunlar Milli Məclisdə qəbul edildiyi gündən 14 gün müddətində imzalanmaq üçün prezidentə təqdim olunmalıdır.

Konstitusiyanın 109-cu maddəsinin 19-cu bəndi prezidentə qanunları imzalamaq və dərc etmək hüququ verir.

110-cu maddəyə görə, prezident qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalamalıdır. Qanun prezidentin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə Milli Məclisə qaytara bilər.

“Media haqqında” qanunun qeyri-rəsmi layihəsi

Ölçüdən uzaq

Media qanunu ilk oxunuşda (Rəsmi layihə)

Xalq Partiyası media qanunu layihəsinə qarşı çıxdı

Media qanunu layihəsindən

Təkamülün əksinə doğru

Media qanunu: layihəni geri çəkmək təklif olunur

Media qanunu: reaksiyalara reaksiya verildi

Birgə etiraz təklifi

Mediada reyestr divarı

Media qanunu: 8 partiyadan çağırış gəldi

Media qanunu: bir razılaşma var

Media aksiyası

Media qanununa yazılı təkliflər

Parlamentə etiraz

Media qanunu: son oxunuş neçə maddəyə əl gəzdirir?

“Media qanunu qəbul olunsa da…”

Cahillik nümunəsi

Media qanunu son oxunuşda

Media qanunu son mərhələyə yön aldı

Media qanunu: imza üçün nə qədər vaxt var?

Prezidentdən layihəni geri qaytarmaq xahiş olunur

Avropadan İlham Əliyevə çağırış

Media qanunu imzalandı

Qanunlu yeniliklər

Söz və əməl

Ehtiyatlar qurumunun nizamnaməsi rəsmiləşdi

  • 10 Fevral 2022
  • comments

Avropa Məhkəməsindən Cahangir Hacıyev qərarı

  • 10 Fevral 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda