• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mediada reyestr divarı

  • 22 Dekabr 2021
0
SHARES
FacebookTwitterPinterest

2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi planlanan “Media haqqında” qanun Media Reyestri yaradılmasını da nəzərdə tutur. Layihə parlamentdə iki oxunuşdan keçib. Novator.az-ın məlumatına görə, sənədi şərh edən media hüquqçusu Ələsgər Məmmədli yazır ki, Media Reyestrinə bu məlumatlar daxil edilir:

media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) adı, loqotipi (emblemi), hüquqi və faktiki ünvanı;

fiziki şəxs olan media subyekti, hüquqi şəxs olan media subyektinin təsisçisi (iştirakçısı), habelə media subyektinin təsisçisi olan hüquqi şəxsin birbaşa və dolayısı ilə iştirakçısı olan şəxslər haqqında məlumatlar;

media subyektinin VÖEN-i;

media subyektinin idarəetmə orqanının rəhbərinin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları;

məsul redaktorun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları;

media subyektində işləyən jurnalistlərin siyahısı (adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları);

çap mediası subyektinin dövriliyi və birdəfəlik tirajı, məzmunu haqqında məlumat;

onlayn media subyektinin domen adının sahibi haqqında məlumat;

media subyektinin və (və ya) onun redaksiyasının (redaksiyalarının) ərazi kateqoriyası;

audiovizual media subyektlərinin və (və ya) onların redaksiyasının (redaksiyalarının) janrı, yayım üsulu və növü;

audiovizual media subyektlərinin lisenziyası haqqında məlumatlar;

informasiya agentliklərinin digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında bağladığı müqavilələr barədə məlumatlar;

jurnalistin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, əlaqə məlumatları;

verilmiş (o cümlədən olduğu halda əvvəllər verilmiş) jurnalist vəsiqəsi haqqında məlumat;

jurnalistin əmək və ya mülki hüquq müqaviləsi, əmək fəaliyyəti haqqında ümumi məlumat;

fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalistin VÖEN-i;

media subyektinin idarəetmə orqanının rəhbərinin, jurnalistin ali təhsili haqqında məlumat;

təsisçi (iştirakçı) fiziki şəxs olduqda onun (onların), media subyektinin idarəetmə orqanının rəhbərinin və jurnalistin məhkumluğunun olub-olmaması haqqında məlumat.

Media Reyestrinə daxil edilmiş media subyektinə Media Reyestri şəhadətnaməsi verilir.

Reyestr üzrə tələblər belədir: təsisçi fiziki şəxs olduqda Azərbaycanda daimi yaşayan Azərbaycan vətəndaşı olmalıdır; təsisçi hüquqi şəxs olduqda onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycanda daimi yaşayan Azərbaycan  vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır.

Media təsisçisi hüquqi şəxs olduqda onun təsisçisi və payçısı, habelə media subyekti fiziki şəxs olduqda  Azərbaycanda daimi yaşayan Azərbaycanın vətəndaşı olmalı, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxs olmamalı, məhkumluğu ödənməmiş və ya götürülməmiş şəxs olmamalı, məhkəmənin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab etdiyi şəxs olmamalıdır.

Siyasi partiyalar və dini qurumlar onlayn media subyektinin təsisçisi, payçısı ola bilməz.

Reyestrə düşmək üçün və reyestrdə qalmaq üçün media subyekti bu mənbələrdən maliyyələşməməlidir: xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycanda təsis etdikləri hüquqi şəxslər, xarici ölkələrin dövlət qurumları.

Ekspert həmçinin qeyd edir ki, Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlər bu tələblərə cavab verməlidir:

ali təhsili olmalıdır;

fəaliyyət qabiliyyətli olmalıdır;

ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilməmiş olmalıdır;

məhkumluğu ödənmiş və ya götürülmüş olmalıdır;

media subyekti ilə əmək müqaviləsi olmalıdır (fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır);

işlədiyi media subyekti Media Reyestrinə daxil edilmiş olmalıdır;

işlədiyi media subyekti davamlı fəaliyyət göstərməlidir (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla).

“Media haqqında” qanunun qeyri-rəsmi layihəsi

Ölçüdən uzaq

Media qanunu ilk oxunuşda (Rəsmi layihə)

Xalq Partiyası media qanunu layihəsinə qarşı çıxdı

Media qanunu layihəsindən

Təkamülün əksinə doğru

Media qanunu: layihəni geri çəkmək təklif olunur

Media qanunu: reaksiyalara reaksiya verildi

Birgə etiraz təklifi

Hasilat və ixrac statistikası

  • 22 Dekabr 2021

Problemli kreditlərin həcmi necə dəyişib?

  • 22 Dekabr 2021

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”

comments
ManşetXəbər

3 turnir, 233 komanda

comments
Dünyanın səsiManşetXəbər

Zelenskinin intihar xəbərini kim yayıb? – CNN

Rəylər

Do not miss

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”

comments
ManşetXəbər

3 turnir, 233 komanda

comments
Dünyanın səsiManşetXəbər

Zelenskinin intihar xəbərini kim yayıb? – CNN

comments
ManşetXəbər

Məhsullar üzrə idxal göstəriciləri

comments
ManşetŞərh

Təklif və suallar

comments
ManşetTribunaYazarlar

İsveçin Rusiya qorxusu

comments
ManşetXəbər

Azərbaycanın ixrac malları

comments
ManşetXəbər

Üçtərəfli görüş

comments
AktualDünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

comments
AktualManşetXəbər

Şikayət, bəraət və azadlıq istəyi

comments
Dünyanın səsiManşetXəbər

Lukaşenko müxalifləri edam etməyə hazırlaşır?

comments
ManşetXəbər

Qadir İbrahimli

comments
ManşetTribunaYazarlar

Gənclərə

comments
ManşetXəbər

İsa Qəmbər məhkəməyə üz tutur

comments
AktualManşetXəbər

Saraydakı baş məmurlar

comments
AktualManşetXəbər

Azərbaycan hansı ölkələrə neft satır?

comments
AktualManşetXəbər

Azərbaycanın Avropa İttifaqına ixracı

comments
ManşetXəbər

Yenə Brüssel

comments
AktualManşetXəbər

Yaxın ölkələrlə alış-veriş

comments
AktualManşetXəbər

İçiləsi deyilmiş (Su replikasının əks-sədası)

comments
Dünyanın səsiManşetŞərh

Rusiya iqtisadiyyatı gözləndiyindən çox zəifləyib – “Bloomberg”

comments
AktualDünyanın səsiManşetXəbər

Birinci xanım tarixi

comments
Dünyanın səsiManşetXəbər

Keçmiş baş nazirin qatillərindən biri azadlığa buraxılıb

comments
AktualManşetXəbər

Neftsiz ixracın ünvanları

comments
AktualXəbər

Xaricdəki əsas tərəfdaşlar

comments
AktualDünyanın səsiManşetŞərh

“Vaşinqton Post”: Rusiya uduzur

comments
AktualManşetŞərh

AZAL-dan zərər

comments
AktualXəbər

İxrac-idxal dinamikası

comments
AktualManşetXəbər

Dörd ayın ticarəti

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda