• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azadlığın qırmızı rəngi…

  • 18 Yanvar 2022
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Xalqımızın 20 Yanvar faciəsini andığı, Bakının qızıl qərənfillərə büründüyü bir vaxtda yenidən 32 il öncəyə nəzər salırıq. Faciədən keçən bu zaman kəsiyində 20 Yanvara aparan hadisələrə soyuq düşüncə və məntiqlə baxmaqda fayda var.

20 Yanvar gecəsi baş verənlər meydanlara toplaşan xalqın arzu və istəklərinin boğulması, susdurulması niyyəti daşısa da, nəticə olaraq daha böyük bir oyanışı gerçəkləşdirdi.

20 Yanvar zülmə və istibdada qarşı ucalan haqq səsinin, dədə-baba torpaqlarından ayaqyalın, başıaçıq didərgin salınan, isti ocağından qovulan soydaşlarımızın, Qarabağ həqiqətlərinin dilə gətirilməsinin intiqamı ilə törədilmiş qanlı cinayət idi. Fəqət minlərin, milyonların köksündə istiqlal şairi Məhəmməd Hadinin təbiri ilə söyləsək, “Qorxutmamalı bizləri yollardakı əngəl” düşüncəsi cücərmişdi və inancından, ideyasından, azadlıq eşqindən vaz keçmədi onlar.

32 il öncə, o şənbə gecəsinin bağrını atəşlə dəlib deşən güllələrdən səhərin gözü təkcə qanla açılmamışdı. Səhərin sükut və göz yaşları qırmızı qərənfillərin rənginə boyanmışdı. O qərənfillər sadə, günahsız insanların dərdinə, kədərinə şərik idi.

Sinələr güllə-güllə,
Qan axır, dönür gülə.
Qərənfillər ağlayır,
Düşmənə gülə-gülə.
Ağla, qərənfil, ağla!

Azadlığın qırmızı nişanəsidir o güllər. Məclislər bəzəyi qərənfil əbədiyyətə qədər şərəfli bir məqamın – müqəddəs Şəhidlər xiyabanının köksündə bitdi.

20 Yanvar faciəsi müstəqilliyimizə, 44 günlük Zəfər yürüşümüzə aparan, Xeyirlə Şərin ədalət savaşının tarixi nəticəsi və bel sütunudur. O günü unutmadan Vətənimizin gələcəyi naminə qürur və mətanətlə yaşamaq, birliyimizi və diriliyimizi qorumaq üçün hər birimizə ibrətdir 20 Yanvar…

Firuzə Əhmədova
6 saylı “Asan xidmət” Mərkəzi, Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi

Pensiyalar nə qədər arta bilər?

  • 18 Yanvar 2022
  • comments

Pyotr Poroşenko: ya həbs, ya da…

  • 18 Yanvar 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Anım
  • Cəmiyyət
  • Siyasət
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda