• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhbus jurnalistin xanımı aksiya keçirib

  • 17 Yanvar 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

Məhbus jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmira Aslanova yanvarın 17-si Bakıda, Baş Prokurorluğun binası qarşısında etiraz aksiyası keçirib. “Turan”ın məlumatına görə, o, baş prokuror Kamran Əsədovla görüş tələb edib. Jurnalistlərə açıqlamasında Gülmira Aslanova həyat yoldaşının qanunsuz həbs edildiyini, cinayət təqibinə son qoyulmasını istədiyini deyib.

Polis əməkdaşları Gülmira Aslanovanın Baş Prokurorluğun binasına daxil olmasına imkan verməyiblər. Ona qəbul otağına getmək təklif olunub, amma Gülmira Aslanova imtina edib, sonda Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsinə aparılıb.

Bakıdakı 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Polad Aslanov yanvarın 6-dan aclıq edir. O, bəraət istəyi ilə üz tutduğu Ali Məhkəmədə şikayətinə baxışın yubanmasından narazıdır.

Xeberman.com və Press-az.com saytlarının baş redaktoru olan Polad Aslanovu 2019-cu il iyunun 12-də Dövlət Təhlükəsizliyi Xidməti həbs edib, ona dövlətə xəyanət ittihamı verilib.

Rəsmi açıqlamaya görə, Polad Aslanov xarici xüsusi xidmət orqanları ilə maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib, aldığı tapşırıqlar əsasında topladığı məlumatları Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlayıb.

2020-ci il noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistə 16 il azadlıqdan məhrumetmə cəzası kəsib. 2021-ci il fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi ilkin məhkəmə instansiyasında çıxarılmış hökmü qüvvədə saxlayıb.

DTX jurnalistin həbsi ilə bağlı açıqlama yayıb

Polad Aslanovun həbs müddəti uzadılıb

Məhbus jurnalistin aclıq etdiyi bildirilir

Jurnalistin şikayəti təmin edilməyib

Yeni ittiham

Polad Aslanovun işi üzrə ibtidai istintaq başa çatıb

Polad Aslanovun məhkəməsi qismən qapalı olacaq

Polad Aslanov məhkəmənin açıq keçirilməsini istəyir

Məhbus jurnalist rəsmilərə müraciət edib

Polad Aslanov prezidentə üz tutub

Məhbus jurnalist aclıq aksiyasına başlayıb

Aksiya davam edir

Hökm dəyişmədi

Aksiya davam edir

Polad Aslanov aclığı dayandırıb

Polad Aslanovdan aclıq xəbəri

Polad Aslanovun müalicəyə ehtiyacı var

Polad Aslanov tibb məntəqəsinə köçürülüb

Məhbus jurnalistdən aclıq sorağı

Polad Aslanovdan nə xəbər?

Rusiya onları da menyüsünə qata bilər – “For...

  • 17 Yanvar 2022
  • comments

Əmək müfəttişləri nə tədbirlər görüb?

  • 17 Yanvar 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda