Həbsdə aclıq aksiyası keçirən jurnalist Polad Aslanovun həyat yoldaşı yeni məlumat yayıb. Onun sözlərinə görə, aksiya müddətində Polad Aslanov 3 kiloqram çəki itirib, başında şiddətli ağrılar, halsızlıq, əl-qolunda keyimədən əziyyət çəkir.
Bakıdakı 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan jurnalist yanvarın 6-dan aclıq edir. O, Ali Məhkəmədə şikayətinə baxışın yubanmasından narazıdır.
Xeberman.com və Press-az.com saytlarının baş redaktoru olan Polad Aslanovu 2019-cu il iyunun 12-də Dövlət Təhlükəsizliyi Xidməti həbs edib, ona dövlətə xəyanət ittihamı verilib.
Rəsmi açıqlamaya görə, Polad Aslanov xarici xüsusi xidmət orqanları ilə maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib, aldığı tapşırıqlar əsasında topladığı məlumatları Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlayıb.
2020-ci il noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistə 16 il azadlıqdan məhrumetmə cəzası kəsib. 2021-ci il fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi ilkin məhkəmə instansiyasında çıxarılmış hökmü qüvvədə saxlayıb.
Ali Məhkəməyə şikayətində jurnalist bəraət istəyib.
DTX jurnalistin həbsi ilə bağlı açıqlama yayıb
Polad Aslanovun həbs müddəti uzadılıb
Məhbus jurnalistin aclıq etdiyi bildirilir
Jurnalistin şikayəti təmin edilməyib
Polad Aslanovun işi üzrə ibtidai istintaq başa çatıb
Polad Aslanovun məhkəməsi qismən qapalı olacaq
Polad Aslanov məhkəmənin açıq keçirilməsini istəyir
Məhbus jurnalist rəsmilərə müraciət edib
Polad Aslanov prezidentə üz tutub
Məhbus jurnalist aclıq aksiyasına başlayıb
Polad Aslanov aclığı dayandırıb
Polad Aslanovun müalicəyə ehtiyacı var