Aylar üzrə ixrac-idxal
Novator.az 2021-ci ilin səkkiz aylıq ixrac-idxal dinamikasını təqdim edir. Dövlət Gömrük Komitəsinin hesabatına görə, yanvarda 1,6 milyard, fevralda 1,1 milyard, martda 1,3 milyard, apreldə 2,2 milyard, mayda 1 milyard 62,9 milyon, iyunda 1,3 milyard, iyulda 2,5 milyard, avqustda 1,5 milyard dollarl...
Səkkiz aylıq xarici ticarət statistikası
2021-ci ilin səkkiz aylıq xarici ticarət statistikası açıqlanıb. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsi yanvar-avqust aylarında 12 milyard 935,3 milyon dollarlıq ixrac, 7 milyard 349,5 milyon dollarlıq idxal qeydə alıb, 180 ölkə ilə ticarət əməliyyatı aparılıb, gömrük orqanları büdcəyə 2 mil...
Qonaqlar uddu
UEFA Çempionlar Liqasının qrup mərhələsində birinci tur yekunlaşıb. Novator.az-ın məlumatına görə, C qrupunda yarışan Türkiyə təmsilçisi “Beşiktaş” sentyabrın 15-i evdə Almaniyanın “Borussiya” (Dortmund) komandasına 1:2 hesabı ilə yenilib. “Sportinq” (Portuqaliya) – “Ayaks” (Niderland) oyununda 1:5 ...
Məşğulluq və xidmət hesabatları
Dövlət Statistika Komitəsinin 2021-ci il sentyabrın 1-nə olan hesabatında Azərbaycanın iqtisadi fəal əhalisinin 4 milyon 965,4 min nəfəri məşğul əhali kimi göstərilib. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, avqustun 1-nə muzdlu işçilərin sayı 1 milyon 689,7 min nəfər olub, dövlət sektorunda ...
Şuşa səfərim
Hikmət Sabiroğlu Şuşaya azad şəhərin 10 ay 3 günündə – 2021-ci il sentyabrın 11-də ayaq basıram. Gec, çox gec… *** 8 noyabr 2020-ci il qurtuluşunun ardınca soyuqlayıram. Noyabrın üçüncü ongünlüyündə zəhrimara yoluxduğum üzə çıxır. Evdə qalası oluram. İki həftəlik əsirliyin ardınca sərt k...
Vaqif Sadıqova yeni vəzifə verildi
Sentyabrın 15-də sərəncam imzalayan prezident İlham Əliyev Azərbaycanın Belçikada səfiri Vaqif İsmayıl oğlu Sadıqovu eyni zamanda Avropa İttifaqı yanında nümayəndəliyin başçısı təyin edib. Vaqif Sadıqov bu il iyulun 26-da Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkil...
Putin Şoyqunu öz yerinə hazırlayırmı? – “Əl-Cəzirə”
Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunu öz yerinə hazırlayırmı? Novator.az saytı xəbər verir ki, “Əl-Cəzirə” telekanalının internet səhifəsində bu variantın mümkünlüyü barədə yazı dərc edilib. Yazıda xatırladılır ki, 2020-ci ildə konstitusiyaya edilən dəyişiklik ilk dəfə 2000-...
“Buzovna-1” işə düşdü
Sentyabrın 15-də prezident İlham Əliyev paytaxtın Xəzər rayonunda yeni tikilən 110/35/10 kilovoltluq “Buzovna-1” yarımstansiyasının açılışında iştirak edib. AZƏRTAC-ın arayışına görə, yeni yarımstansiya Buzovna, Zuğulba, Albalılıq, Bilgəh, Nardaran, Maştağa qəsəbələrinin, dövlət əhəmiyyətli obyektlə...
Sahələr üzrə orta maaş
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci il avqustun 1-nə Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 728,5 manat olub. Novator.az bildirir ki, iqtisadi fəaliyyət növləri orta maaş baxımından belə sıralanıb: mədən sənayesi – 3152,3 manat; maliyyə və sığorta fəaliyyəti – ...
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Natiq Cəfərli Report.az-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının müsahibəsini maraqla oxudum, bəzi tezislərinə qeydlərim var. Tezis 1: İcmal büdcənin bu ilin ilk yarısında 2,6 milyard manata yaxın profisiti dövlətin aktivlərini artırır. Qeyd: Pan...
Çətin xidmətdə
Ənnağı Hacıbəyli Xarici pasportumun vaxtı bitmiş, şəxsiyyət vəsiqəm köhnəlmişdi, sürücülük vəsiqəmin isə vaxtı bitmək üzrə idi. Guya işimi asanlaşdırmaq üçün onlayn növbə götürmək istədim. Bəlli oldu ki, şəxsiyyət vəsiqəsi üçün növbə dayandırılıb, pasporta avqustun axırına kimi növbə yoxdur, sürücül...
Rusiyada seçkilər: kimləri qıraqda qoyublar?
Bu həftə Rusiyada Dövlət Dumasına, həmçinin bəzi regionlarda məclislərə və qubernator postlarına seçkilər olacaq. Kimləri bu seçkilərdən qıraqda qoyublar? Novator.az saytı “The Moscow Times” qəzetində bununla bağlı dərc edilmiş yazını ingiliscədən çevirərək təqdim edir. Sentyabrın 19-da Rusiya parla...
Birlik günü
Arif Hacılı Müsavat Partiyasının başqanı 15 sentyabr 1918-ci il tariximizə Bakının işğaldan qurtuluşu günü kimi daxil olsa da, həmin qələbə nəticəsində yalnız Bakı yox, Azərbaycan ərazilərinin böyük bir hissəsi bolşevik-daşnak işğalından azad edilib. …Şaumyanın rəhbərlik etdiyi, əsasən bolşevi...
Doğum 9,1 faiz azalıb, ölüm 12,5 faiz artıb
Azərbaycan əhalisinin sayı 2021-ci ilin əvvəlindən 0,2 faiz artaraq avqustun 1-nə 10 milyon 142 min 392 nəfərə çatıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-iyul aylarında 64149 doğulan körpə qeydə alınıb, onların 53,2 faizi oğlan, 46,8 faizi qız...
Səkkiz aylıq makroiqtisadi göstəricilər
Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2021-ci ilin yanvar-avqust aylarında kənd təsərrüfatının ümumi məhsulu 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb (heyvandarlıq məhsulları istehsalı 2,6 faiz, bitkiçilik məhsulları...
Almaniyalı ekspert Azərbaycanın udduğu müharibədən nə deyir?
Beynəlxalq Münasibətlər üzrə Avropa Məclisinin tədqiqatçısı, almaniyalı ekspert Ulrike Franke Almaniyanın “Stern” nəşrinə açıqlamasında 2020-ci ildə Azərbaycanın qələbəsi ilə bitən müharibədən danışıb. Novator.az-ın məlumatına görə, Franke bildirib ki, 44 günlük müharibəni analiz edəndə Azərbaycanın...
Yeni icra başçıları təyin edilib
Sentyabrın 14-də prezident İlham Əliyev Rafiq Əsgər oğlu Cəlilovu Cəlilabad rayonunun, Rəşad Ənvər oğlu Tağıyevi Şəmkir rayonunun icra hakimiyyətinin başçısı təyin edib. Rafiq Cəlilov bu təyinatadək İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb. R...
Bu qış qrip mövsümü necə keçə bilər? – “NBC News”
ABŞ-ın “NBC News” kanalının internet səhifəsində qrip mövsümü və bu virusa qarşı peyvəndləmə ilə bağlı məqalə dərc olunub. Novator.az saytının məlumatına görə, məqalədə qeyd olunur ki, səhiyyə işçiləri COVİD-19 və digər viruslar səbəbindən pasiyentlərinin sayı aşıb-daşan xəstəxanaların yükünü azaltm...
Siyasətçi mobil rabitə operatorlarına təklif verir
Müxalif siyasətçi Tofiq Yaqublu Azərbaycanın mobil rabitə operatorlarının müştərilərə xidmətindəki bir nüansa diqqət çəkib. Azərbaycanda dörd mobil rabitə şirkəti var: “Bakcell”, “Azercell”, “Azerfon”, “Naxtel”. Novator.az-ın məlumatına görə, Tofiq Yaqublu yazır ki, müştəri mobil rabitə operatorunda...
14 sentyabr qiyməti
Energetika Nazirliyinin 14 sentyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 73,98 dollara satılır. Bu, büdcə qiymətindən 33,98 dollar yuxarı qiymətdir. Novator.az bildirir ki, Azərbaycanın 2021-ci il büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” ya...