Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2021-ci ilin yanvar-avqust aylarında kənd təsərrüfatının ümumi məhsulu 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb (heyvandarlıq məhsulları istehsalı 2,6 faiz, bitkiçilik məhsulları istehsalı 7,3 faiz).
Nəqliyyat sektorunda yük daşınmasının 1,4 faiz, sərnişin daşınmasının 11,8 faiz azaldığı vurğulanır.
Statistikaya əsasən, informasiya və rabitə xidmətlərinin həcmi 6,1 faiz artıb.
Əhalinin gəlirlərinin nominal ifadədə 1,2 faiz yüksəldiyi, səkkiz ayda dövlət büdcəsinə 15 milyard 937,5 milyon manatın daxil olduğu, büdcədən 15 milyard 626,8 milyon manatın xərcləndiyi bildirilir.
Avqustun 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15 milyard 367,7 milyon manat, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 605,9 milyon manat göstərilir.
Sənayedə artım, sərmayədə azalma