Bakıdakı 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan jurnalist Polad Aslanov dekabrın 24-də tibb məntəqəsinə yerləşdirilib. Məlumatı yayan həyat yoldaşı məhbusa 10 günlük müalicə təyin olunduğunu bildirir.
Polad Aslanov bir müddətdir yuxusuzluqdan və iştahasızlıqdan əziyyət çəkir, nevropatoloqun yazdığı dərman və vitaminləri qəbul edir.
Dekabrın 20-də yenidən müayinə edilən məhbusun səhhətində yaxşılığa doğru heç bir irəliləyişin olmadığı bilinib, tibb məntəqəsində müalicəyə ehtiyac yaranıb.
Xeberman.com və Press-az.com saytlarının baş redaktoru olan Polad Aslanovu 2019-cu il iyunun 12-də Dövlət Təhlükəsizliyi Xidməti həbs edib, ona dövlətə xəyanət ittihamı verilib.
Rəsmi açıqlamaya görə, Polad Aslanov xarici xüsusi xidmət orqanları ilə maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib, aldığı tapşırıqlar əsasında topladığı məlumatları Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlayıb.
2020-ci il noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistə 16 il azadlıqdan məhrumetmə cəzası kəsib.
DTX jurnalistin həbsi ilə bağlı açıqlama yayıb
Polad Aslanovun həbs müddəti uzadılıb
Məhbus jurnalistin aclıq etdiyi bildirilir
Jurnalistin şikayəti təmin edilməyib
Polad Aslanovun işi üzrə ibtidai istintaq başa çatıb
Polad Aslanovun məhkəməsi qismən qapalı olacaq
Polad Aslanov məhkəmənin açıq keçirilməsini istəyir
Məhbus jurnalist rəsmilərə müraciət edib
Polad Aslanov prezidentə üz tutub
Məhbus jurnalist aclıq aksiyasına başlayıb
Polad Aslanov aclığı dayandırıb
Polad Aslanovun müalicəyə ehtiyacı var