Rövşən Əliyev
“Media haqqında” qanun layihəsini oxuyandan və “rəsmi müzakirəsini” izləyəndən sonra gədiyim nəticələr:
– layihədə təməl insan haqlarına zidd bəndlər var;
– hökumətə nəzarət etməli olan xəbər mediasını hökumətin daha qəddar nəzarəti altına almaq cəhdi aydın görünür;
– layihə hazırlananda hüququn fəlsəfəsi, bəşəriyyətin azadlıq yolunda keçdiyi təkamül nəzərə alınmır, belə layihənin qəbulu təkamülün əks istiqamətinə üz tutmaq olardı;
– müzakirə zamanı deputat və “media kapitanları” adi həyat epizodlarını (bəzi jurnalistlərin yazıda səhvlər eləməsi), adi kriminal prosedura aid məsələləri (hansısa jurnalist vəsiqəsi daşıyanın reketçiliklə məşğul olması) bəhanə gətirib diqqəti mahiyyətdən yayındırmağa çalışırlar;
– bu ərəfələrdə dünyada xəbər mediasının hansı prinsiplərlə çalışması haqda bəzi redaktor, yazıçı və ya ictimai xadimin əli ilə ortaya atılan fikirlər çağdaş, sivil dövlət-cəmiyyət münasibətləri haqda yanlış təsəvvürlər yaratmağa yönəlib;
– bir əsrdir həll olunmuş nəzəri məsələlər yeni gündəm kimi müzakirə olunur;
– xəbər mediasının propaqanda, spin aləti kimi görülməsi yeni çağırışlara cavab verilməsini əngəlləyir…
Çalışdım bütün bu məsələləri yarım saat ərzində izah eləyim, Azərbaycanın ictimai-siyasi mühitini dolaşan saxta, amma məşhur arqumentləri incələyim… 40 dəqiqə alındı.
Mənbə: Cagdasmedia.org