Tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fəridə Məmmədova dekabrın 8-də vəfat edib.
Fəridə Məmmədova 8 avqust 1936-ci ildə doğulub, indiki Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 1960-cı ildən Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda işləyib, 2002-ci ildən Azərbaycanın tarixi coğrafiyası (hazırda Azərbaycanın tarixi coğrafiyası və demoqrafiya) şöbəsinin müdiri olub.
1971-ci ildə “Musa Kalankatlının “Albanların tarixi” Qafqaz Albaniyasının ictimai quruluşunun mənbəyi kimi” mövzusunda namizədlik, 1987-ci ildə “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.
2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.
Azərbaycanın 4 ali məktəbində pedaqoji fəaliyyət göstərib.
Əməkdar elm xadimi, Dövlət mükafatı, “Şöhrət” ordeni laureatlarıdır.
Allah rəhmət eləsin!