• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sülh tıxacında

  • 18 Noyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Ələsgər Məmmədli

Ermənilər Azərbaycanla sərhədin böyük bir hissəsindən 30 il öz mülkləri kimi istifadə edib, uyğun bildikləri nöqtələrdə müşahidə məntəqələri, hərbi postlar, döyüş mövqeləri-istehkamlar qurub, yerləşiblər. İndi 1991-ci ildəki sərhədlərə qayıtmaları sancı yaradır və həşir qoparırlar ki, Azərbaycan onların ərazisinə girir. Çünki illərdir Azərbaycanın suveren ərazilərini “özününküləşdirib”, yollar çəkib, kəndlər, qəsəbələr salıb, evlər tikib. Bir sözlə, rəsmi sərhəd xətlərini tanımır və tanımaq istəmirlər. Kəlbəcər və Laçın ərazilərində son toqquşmanın da başlıca səbəbi budur.

Ötən ilin 44 günlük müharibəsi sülhlə yekunlaşmadı. Rusiyanın basqısı ilə münaqişə 10 noyabrda “atəşkəs bəyanatı” ilə donduruldu. Sadəcə atəşkəsin Ermənistan üçün şərtləri də oldu: Yuxarı Qarabağ ətrafındakı ərazilərin Laçın istisna olmaqla tam boşaldılması, Azərbaycanı Naxçıvanla birləşdirən yolların açılması.

10 noyabr bəyanatı mahiyyətcə sülh müqaviləsini gətirməli idi. Çünki Ermənistan hərbi məğlubiyyətə uğramışdı, Rusiyanın müdaxiləsi olmasa, təslim sazişinə imza atmalı olacaqdı… Lakin Ermənistan cəmiyyəti (hakimiyyəti bir az daha praqmatik ola bilir), xüsusilə siyasi müxaliflər sülhə hazır deyil.

Sülh müqaviləsinin imzalanması hər iki ölkənin suveren ərazilərini qəbul etmək və digərinin ərazisinə iddia etməməkdir. Münaqişəni tarixə buraxıb yaraları sarmaq, mümkün əməkdaşlıq yollarını axtarmaq, kommunikasiyaları açmaqdır.

Ermənistan cəmiyyəti özünü illərdir şişirtdiyi “Böyük Ermənistan” şarına o qədər inandırıb ki, hətta 44 günlük müharibədə Rusiyasız tamamilə məhv olacağını da unudaraq revanşist deyimlərdən və hərəkətlərdən çəkinmir.

Belə revanşıst cəhdlər hələ 10 noyabr bəyanatından bir ay keçməmiş, 2020-ci ilin dekabrında Hadrut ətrafında oldu. Onda çevik əməliyyatla çox sayda erməni silahlısı tutuldu.

İki gün öncəki döyüşlərdə də sağ ələ keçirilən silahlılar var. Azərbaycan, təəssüf ki, müxtəlif beynəlxalq basqıları da nəzərə alaraq sülh müqaviləsi bağlanmadan bəzi erməni silahlıları ölkəsinə qaytardı. Əslində sülh sazişi bağlamayan Ermənistanın hərbçiləri sülhədək geri verilməməlidir. Hər təxribatdan sonra tərksilah edilib zərərsizləşdirilən erməni əsgərləri geri vermək, yeni revanşıst addımları da bir anlamda təhrik edir. Son qarşıdurmada ələ keçirilən hərbi əsirlər sülh sazişi bağlananadək geri verilməməli, bu şəxslərin ölkələrinə qaytarılması sülh razılaşması şərtinə bağlanmalıdır.

Bir məsələni də qeyd etmək lazımdır. Müharibədə insan itkiləri qaçılmaz olur. Əlində silah olan legitim hədəfə çevrilir. Lakin tərəflərdən biri digərini silahsızlaşdırıb əsir alıbsa, onunla insani davranmaq məcburiyyətindədir. Bunu həm hüquq tələb edir, həm də əsgər şərəfi.

Ordu rəhbərliyi hərbçilərin ordunun nüfuzuna zərər vuracaq hərəkətlərinə imkan verməməli, xüsusilə belə görüntülərin çəkilib yayılmasına ciddi müdaxilə etməlidir. Bizim qəhrəman əsgərlərimizin canı bahasına əldə etdiyi nəticələrə heç kim ucuz şou xətrinə kölgə salmamalıdır.

Ətrafdakı valyutalar neçəyədir?

  • 18 Noyabr 2021
  • comments

Eldar Həsənovun uduşu

  • 18 Noyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Ordu
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda