Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası
Dövlət-vətəndaş münasibətləri əsasən iki bağ üzərində inşa edilir: vergi və seçki. Tarixən vətəndaşdan vergi toplamağa başlayanda ona seçki hüququ verilib və ya seçki hüququ alan vergi ödəməyə başlayıb.
Azərbaycanda hər iki bağ kəsilib, çalışmır – seçki hüququ əlimizdən alınıb deyə vergi mədəniyyəti də formalaşmır. Vətəndaş ödədiyi vergiyə nəzarəti seçki üzərindən etməlidir – başqa yol yoxdur. Azərbaycan hökuməti effektiv vergi sistemi yarada bilməyib deyə dolayı vergi ilə məşğuldur. Rüsumlar, əlavə dəyər vergisi, gömrük ödənişləri, hətta pullu təhsil belə dolayı vergilərdir.
Vətəndaş verginin nəticəsini görmək istəyir, görməyəndə ödəmək istəmir, müxtəlif yollarla yayınmağa çalışır. Dövlət isə büdcənin 65 faizini birbaşa neft pulu ilə formalaşdırır deyə (50 faiz Neft Fondundan transfert, 15 faiz neft sektorundan vergilər), vətəndaşın birbaşa vergi sistemində iştirakında maraqlı deyil. Çünki birbaşa vergi sistemində iştirak, gəlir deklarasiyasının tətbiqi vətəndaş üzərində məsuliyyət yaratmaqla yanaşı ona seçki institutu üzərindən nəzarət səlahiyyəti də verməlidir. Belə effektiv, çağdaş sistem qurmaqdansa hökumət asan yolla gedir – rüsum, cərimə və digər dolayı yollarla vergi toplayır. Yəni məsələnin kökü, səbəbi budur – biz isə yenə də nəticələri müzakirə edib-dururuq…
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Qiymət artımının əsas səbəbkarı
Nazirin istəyi, zəruri qeydlər