AZƏRTAC prezident İlham Əliyevin bölgə səfərindən fotolar yayıb.
Noyabrın 1-də birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə İsmayıllı rayonuna baş çəkən dövlət başçısı Lahıc qəsəbəsindəki Bədöyün məscidində olub, Basqal-Sulut avtomobil yolunun, İsmayıllı şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinin, 6 saylı tam orta məktəbin yeni binalarının açılışlarına qatılıb.
Həmin gün İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin, 7 saylı körpələr evi-uşaq bağçasının, Yaradıcılıq Mərkəzinin, stadionun, Üzüm Tingçilik Mərkəzinin, Çarhan kənd tam orta məktəbinin yeni binasının açılışlarında iştirak ediblər, şəhərdəki Gənclər Parkında görülmüş işlərlə tanış olublar.
Pirsaat Baba ziyarətgah-məscid kompleksi də bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilib.