• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vurğunla birgə

  • 25 Oktyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

25 oktyabr Vurğun Əyyubun doğum və… anım günüdür. 64 yaşını qeyd edəcəkdik. Bu, onsuz keçən üçüncü ad günüdür.

Vurğun bəyi anım günləri çoxdur: doğulduğu gün, vəfat etdiyi gün, tələbələrin ali məktəbə qəbul olunduğu, oradan məzun olduğu günlər…

Biz Vurğun bəyi daim xatırlamaqla yanaşı hər zaman onun daha geniş auditoriyada yad edilməsi üçün də çalışırıq. Vəfa borcumuzdur!

Vurğun bəy Azərbaycanımızın 103 il əvvəlki müstəqilliyinin baniləri olmuş Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski və digər dəyərli Azərbaycan övladlarının mənəvi davamçısı kimi sonuncu müstəqilliyimizin qazanılmasında əvəzolunmaz xidmətlər göstərmiş vətənpərvər ziyalı idi. Ruhi baxımdan, mənən Vurğun bəylə adını çəkdiyim və çəkmədiyim millət fədailəri arasında sarsılmaz bir bağ var. Bu bağın qırılması heç mümkün deyil.

Vurğun bəy korrupsiyanın, rüşvətin tüğyan elədiyi bir məmləkətdə yeganə işıqlı və təmiz nöqtənin – ali məktəblərə test üsulu ilə qəbul sisteminin yaradıcısı olub və bu sistemi ilk dəfə uğurla sınaqdan keçirərək mümkünsüzü bacarmış bir mücahid idi. Bu fakt Azərbaycan üçün artıq çoxdan təhsil məsələsi olmaqdan çıxıb, siyasi iradə, bilik və idarəetmə bacarığının vəhdəti şəklində təsdiqlənib.

Vurğun bəy situasiyadan, cəmiyyətdəki siyasi ləngərləmədən asılı olmayaraq siyasi fəaliyyətinin bütün dövrlərində qeyri-bərabər mübarizədə dürüstlük, açıqlıq prinsiplərinə əməl etmiş siyasi xadim idi. Onu tanıdığım və onunla birgə mübarizə apardığım illərdə dəfələrlə bunun şahidi olmuşam.

Vurğun bəy dəyərli ədəbiyyat adamı, peşəkar pedaqoq idi, dünya ədəbiyyatının incilərinə vaqif olan nadir ədəbiyyatçılardan idi. Onun təlim üsulları nə qədər modern, özünəməxsusdursa, ədəbi təfəkkürünün imkan verdiyi hüdudsuz sərhədlər çərçivəsindəki yazıları və söhbətləri də o qədər maraqlı və yaradıcı idi. Bunu tələbələri də dəfələrlə bildiriblər.

Vurğun bəy sədaqətli dost, gözəl insan və ailə başçısı idi. Servantes çox haqlıdır: “Əsl dost sağlamlıq kimidir: dəyərini itirdikdən sonra bilirsən”.

Əziz dostumun bütün digər müsbət keyfiyyətlərinin bünövrəsində prinsip və amallara sədaqəti, işıqlı varlığı dururdu.

Vurğun bəyi həmişə həsrətlə və heyranlıqla xatırlayır, ehtiramla yad edirik. Yaradıcısı olduğu ADR Hərəkatının partiyaya çevrilməsindən məmnun qalardı. Bu, Vurğun bəyin arzularından biri idi. ADR Hərəkatının bazasında partiyanı, təəssüf ki, onsuz qurduq, yeri görünür, ruhu şad olsun!

Qubad İbadoğlu
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri

Vurğun Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində doğulub. İndiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib.

Sabirabad və Tovuz rayonlarında orta məktəbdə, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetində, Xəzər Universitetində dərs deyib. Filologiya elmləri namizədi idi.

Vurğun Əyyub Azərbaycan Xalq Cəbhəsinin qurucularından və liderlərindən biri olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993-cü illər) yaradılmış Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib.

1992-ci ildən Müsavat Partiyasının üzvü olub, baş katib, başqanın birinci müavini postlarını tutub.

2015-ci ildən Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini olub.

2019-cu il sentyabrın 24-də vəfat edib.

Beşlikdə turnir vəziyyəti

  • 25 Oktyabr 2021
  • comments

Artımı bu il tətbiq etmək

  • 25 Oktyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0

Tags

  • Anım
  • Cəmiyyət
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda