• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Müstəqillik və demokratiya xalqımızın haqqıdır”

  • 18 Oktyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

AXCP sədri Əli Kərimli dövlət müstəqilliyinin bərpasının 30 ili münasibətilə təbrik yayıb.

Novator.az-ın məlumatına görə, siyasətçi qeyd edir ki, 70 ili ötən sovet işğalından sonra Azərbaycanın yenidən istiqlala qovuşması ölkə tarixinin ən şərəfli səhifələrindən biridir: “Azərbaycanın öz müstəqilliyini bərpa etməsi milyonlarla soydaşımızın iştirak etdiyi milli azadlıq hərəkatının böyük qələbəsi idi. Yalnız Azərbaycan xalq hərəkatına qərəzlə və qısqanclıqla yanaşan siyasi diletantlar düşünə bilər ki, dünyanın iki böyük gücündən biri olan xalqlar həbsxanası – Sovet İttifaqı öz-özünə dağıldı. Sovet imperiyasını xalqların azadlıq və demokratiya uğrunda kütləvi mübarizəsi çökdürüb iflas etdirdi. Xalqımız bu mübarizədə ən öncül xalqlardan oldu. Məhz bu şərəfli mübarizəsinə görə xalqımız 1989-cu ildə dünyada ilin xalqı elan edilmişdi.

Dövlət müstəqilliyi uğrunda mübarizə aparan xalqların Vilnüsdə, Tiflisdə, xüsusilə də Bakıda nümayiş etdirdiyi dirəniş bir daha göstərdi ki, sovet imperiyası öz mövcudluğunu davam etdirə bilməyəcək. Təkcə onu xatırlamaq kifayətdir ki, 20 yanvar 1990-cı il dirənişindən dövlət müstəqilliyimizin bərpasına qədər Azərbaycanda sovet hakimiyyəti fövqəladə vəziyyətin və silahın gücünə təmin edilib. Nəhayət, Sovet İttifaqı rəhbərliyində də bir çoxu anladı ki, belə davam etmək mümkün deyil.

Dövlət müstəqilliyimizin bərpası xalqımızın uzun illər davam etmiş şərəfli mübarizəsinin nəticəsidir. Xalqımız müstəqillik uğrunda mübarizədə çox qurban verib, böyük fədakarlıqlar edib. Əminəm ki, xalqımız bir gün mütləq cümhuriyyət dəyər və prinsiplərini də bərpa edəcək. Müstəqillik və demokratiya xalqımızın haqqıdır”.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulub. 1920-ci ilin aprelində Rusiya Azərbaycanı işğal edərək cümhuriyyəti süquta uğradıb.

1991-ci il avqustun 30-da respublika parlamenti Azərbaycanın dövlət müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da həmin akt ümumxalq səsverməsi ilə təsdiqlənib.

“Müstəqillik Günü haqqında” yeni qanunla Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü sayılır.

Milli çempionatlarda

  • 18 Oktyabr 2021
  • comments

Ya yuxarılar durdurmalıdır…

  • 18 Oktyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda