Novator.az Avropanın aparıcı milli futbol çempionatlarının gedişinə nəzər yetirib.
İngiltərə çempionatında “Çelsi” 19 xalla önə çıxıb. “Liverpul”un 18, “Mançester Siti”nin 17, “Brayton” və “Tottenhem”in 15, “Mançester Yunayted”, “Vest Hem” və “Everton”un 14 xalı var.
İspaniya çempionatında “Real Sosyedad” 20 xalla liderliyi ələ alıb. “Real”, “Sevilya”, “Atletiko” və “Osasuna” 17, “Rayo Valyekano” 16, “Barselona” 15 xal yığıb.
İtaliya çempionatında “Napoli” 24 xalla zirvədədir. “Milan” 22, “İnter” 17, “Roma” 15, “Latsio”, “Atalanta” və “Yuventus” 14 xal əldə edib.
Almaniya çempionatında “Bavariya” 19 xalla irəlidədir. “Borussiya” (Dortmund) 18, “Bayer” və “Frayburq” 16 xal toplayıb.
Fransa çempionatında PSJ liderdir: 27 xal.