• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çətin xidmətdə (4)

  • 05 Oktyabr 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetTribunaYazarlar

Ənnağı Hacıbəyli

Nəhayət, sentyabrın 28-də zəng vurub məni muştuluqladılar, dedilər sabah saat 14-dən 18-dək gəlib şəxsiyyət vəsiqənizi götürə bilərsiniz.

Sentyabrın 29-u saat 14. 3 saylı “Asan xidmət”dəyəm. Növbə götürüb xanımlara yaxınlaşıram. Dərhal tanış reaksiya ilə üzləşirəm – xanım başının zərif hərəkəti ilə məni göstərir, pıçıldaşma başlayır. Artıq buna yavaş-yavaş öyrəşirəm. Hətta bir az ləzzət də alıram, lap özümü dünyanın ən güclü xüsusi xidmət orqanının agenti kimi hiss eləməyə başlamışam…

Nə isə. Xanım Qurban adlı əməkdaşı çağırıb məni göstərir və qulağına nəsə deyir. Vəsiqəni axtarıb tapır və mənə yox, Qurban müəllimə verirlər. Qurban müəllim harasa gedir, qayıdıb kiminləsə telefonla danışır və vəsiqəni nəzakətlə təqdim edərək məni hörmətlə yola salır.

Mən xidmətin binasından çıxarkən yenidən çağırıb vəsiqəni alır və aktivliyini yoxlayıb qaytarır, yaxşı yol arzulayır. Sevinirəm, nəhayət, adamla normal danışan bir nəfərə rast gəlmişəm…

Qapıda xidmətdən razı qalıb-qalmadığımı soruşan könüllü xanıma ümumiyyətlə razı qalmadığımı, vəsiqəni almaq üçün dörd dəfə bura gəldiyimi deyirəm. Xanım can dəftərinə 3 dənə quş qoyub məni yola salır. Guya kişilər xidmətin keyfiyyətini ölçürlər…

***

“Asan xidmət” vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət xidmətidir. Prezident yanında publik qurum. Onun yaradılması və fəaliyyətinin hüquq çərçivələrinə sığmadığını qırağa qoyub nədən yarandığına diqqət çəkmək istəyirəm. O, innovasiya-zad deyil, sadəcə dövlət orqanlarında tüğyan edən korrupsiyaya qarşı mübarizədə hakimiyyətin acizliyinin və bu mübarizə üçün gerçək iradənin olmamasının nəticəsidir.

…“Azərişıq”ın kartını itirmişdim. “Asan xidmət”də onu mənə 18 manata satdılar. Neçə il qabaq. Yəqin indi bir az da bahalaşmış olar. Axı indi biz onu innovasiya məhsulu kimi alırıq. İnnovasiya məhsulu isə maya dəyərindən on dəfə baha satılmalıdır. Belə olmasa, asan xidməti adi xidmətdən fərqləndirmək mümkün olmaz.

Dünən cibimizə girən orqanları “Asan”a yığıb adını innovasiya qoymaqla yara sağalmır. “Asan”a transfer olunan və ya yeni işə götürülən adamların təfəkküründə innovasiya yaratmadan dövlət xidmətinin keyfiyyətini yüksəltmək mümkün deyil.

Görünür, bizim asan dövlətə ehtiyacımız var.

Çətin xidmətdə

Çətin xidmətdə (2)

Çətin xidmətdə (3)

“Vaşinqton Post”: Gürcüstanın gələcəyi tükdən asıl...

  • 05 Oktyabr 2021
  • comments

Gədəbəyin icra başçısı postdan götürüldü

  • 05 Oktyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda