Sentyabrın 21-də prezident İlham Əliyev Bakının Sabunçu rayonundakı 71 saylı tam orta məktəbdə aparılmış əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, arayışa görə, təhsil ocağı üçün 864 yerlik, 30 sinif otağından ibarət əlavə korpus da inşa edilib.
İlham Əliyev Sabunçu rayonundakı 307 saylı tam orta məktəbə də baş çəkib. Məktəbin əsaslı təmir edildiyi və burada yeni korpusun tikildiyi bildirilir.
Prezident həmçinin birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə paytaxtdakı Ağ Şəhərdə Bakı Avropa Liseyi üçün inşa edilən 1560 şagird yerlik yeni binanın açılışına qatılıb. Xəbərə görə, tədris müəssisəsində 70 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi hazırlıq kabinetləri, kino məktəb, rəsm, diplomatiya, kiçik elmlər akademiyası otaqları, art-studio, idman və akt zalları, yeməkxana var.