• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sabiq icra başçısı koronavirusa yoluxub?

  • 13 Sentyabr 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, məhbus iş adamı Saleh Rüstəmovun koronavirus infeksiyasına yoluxduğu iddia olunur. AXCP sədri Əli Kərimli məhbusun həyat yoldaşına istinadla yazır ki, Saleh Rüstəmovun yüksək hərarəti var, o, iy və dad bilmir, ancaq koronavirus testindən keçirilməyib, müayinə və müalicəyə cəlb olunmayıb.

Saleh Rüstəmov Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

Əli Kərimli Saleh Rüstəmovun ölkənin ən ləyaqətli, vətənpərvər, alicənab insanlarından biri olduğunu vurğulayır, heç bir cinayət törətmədiyi halda həbsdə saxlandığını, hakimiyyətin onun sağlamlığı və həyatı üçün məsuliyyət daşıdığını qeyd edir.

Novator.az bildirir ki, Saleh Rüstəmov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı çalışıb, Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad olunması əməliyyatında fəal iştirak edib.

1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.

2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.

AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.

2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.

Sentyabrın 13-də Əli Kərimli daha bir məlumat yayaraq bildirib ki, Saleh Rüstəmovdan testi götürülüb, onda koronavirus infeksiyası aşkarlanmayıb: “Həkimlər Saleh bəyi müayinə ediblər, qrip olduğunu düşünürlər, müalicə aparılır”.

İqtisadiyyatda nə qədər artım var?

  • 13 Sentyabr 2021
  • comments

Rusiyada etiraz aksiyalarına çıxmaq istəyənlərin s...

  • 13 Sentyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda