Şakir Yaqubov
İki dəfə əməkdar mədəniyyət işçisi
Söhbət 2021-ci il mayın 9-da Qubada iş adamı və yazar-publisist kimi tanınan (“Buğda arpası” kitabı) Əlibala Məhərrəmzadənin açılışını etdiyi tibbi müalicə ocağından gedir. Açılışından heç üç ay keçməmiş bütün ölkədə məşhur olan bu sanatoriya hər şeydən əvvəl Qubada yerli mütəxəssislərin işsizlik probleminin həllinə köməkdir. Müalicə ocağında üst-üstə 40 nəfərədək ali və orta təhsilli tibbi heyət, 60 nəfərədək texniki heyət çalışır və onların 90 faizi Qubanın ucqar qəsəbə və kəndlərindəndir. Sanatoriya açılarkən təsisçi təzə işçiləri işə alışdırmaq və gətirilmiş yeni texnika ilə onları tanış etmək məqsədilə burada ukraynalı mütəxəssislərin iştirakı ilə 15 günlük treninq və seminarlar təşkil edib.
Sanatoriyada pasiyentlərə ən müxtəlif müalicələr təklif olunur:
– endokrinoloji və maddələr mübadiləsi pozulması üzrə müalicə paketi;
– kardioloji müalicə paketi;
– hərəkət dayaq sistemi müalicə paketi;
– haloterapiya paketi (duz ionları vasitəsilə müalicə);
– ultrasəs (USM) müayinəsi (daxili orqanların, damarların müayinəsi, qalxanvari vəzin, böyrək və sidik yollarının, qadın cinsiyyət orqanlarının müayinəsi, doplerexokardioqramma) və EKQ;
– laboratoriya müayinələri (bütün növ kimyəvi analizlər, sidiyin və qanın ümumi analizi, yaxmanın müayinəsi, immunoloji analizlər, hormonların analizi);
– elektrik cərəyanı ilə müalicə – qalvanizasiya, dərmanla elektroforez, diadinamik cərəyanla müalicə, ampliimpuls terapiya, darsonvalizasiya, interferens cərəyanla terapiya, elektriklə stimulyasiya, TENS, bioloji əks-əlaqə (miomed);
– maqnit sahəsi ilə müalicə – daimi maqnit sahəsi ilə müalicə, aşağı tezlikli maqnitoterapiya, yüksək intensivlikli impuls maqnitoterapiyaları;
– elektromaqnit sahəsi ilə müalicə – induktometriya, ultra yüksəktezlikli terapiya (UYT);
– mexaniki dalğalarla müalicə – ultrasəs terapiya, dərman preparatları ilə ultrasəs terapiya (fonoforez), zərbə dalğa terapiyası, vibrasiya ilə terapiya, vakuum terapiya;
– fototerapiya – lazer terapiyası;
– haloterapiya – duz ionları ilə müalicə;
– inhalyasiya terapiya – dərman maddələri və bitkiləri ilə inhalyasiya;
– istiliklə müalicə – parafinlə, ozokeritlə, Naftalan nefti ilə;
– su müalicəsi – duş Şarko, sualtı duş masajı, mineral vanna, oturaq duş, 4 kameralı vanna, iynəvari duş;
– Aroma sauna – sidr (kedr) ağacından, çəlləkdə buxarla dərman bitkiləri ilə müalicə;
– karboksiterapiya – kükürd qazı ilə quru qaz vannası;
– ozoniterapiya kapsulu ilə – bədənin parsial təzyiqlə ozonlaşdırılması;
– hidrokolon terapiya – bağırsaqların yuyulması;
– ozonla müalicə – ozonlaşdırılmış məhsulların daxilə qəbulu, infuziyası, sellülitlərin ozonla müalicəsi və s;
– tibbi müalicəvi masaj – manual masaj;
– elektriklə masaj – Miqun aparatı ilə masaj;
– endopresslə müalicə – limfodrenaj;
– hirudoterapiya – zəli qoyma ilə müalicə;
– akupunktura – bioloji aktiv nöqtələri iynə batırma ilə müalicə (Çin təbabəti);
– təcili tibbi yardım;
– terapiya.
Baş həkim Natəvan Ağamirzəyevanın, həkimlər Əsəd Abuzərov, Amirə Çəlimli, Bəhrəmxan Balazadə, Zülfiyyə Qurbanovanın və başqa dəyərli mütəxəssislərin çalışdığı müalicə müəssisəsində yetərincə xidmət təklif olunur, həm də bu xidmətlər yüksək peşəkarlıqla, heç bir boş dayanmaya yol vermədən, əsəb gərginliyi yaratmadan həyata keçirilir.
Bu ilin yayında sanatoriyanın xidmətlərindən daha çox istifadə edənlər qonşu Gürcüstanın yaşlı vətəndaşları idi. Onlar bunu pandemiya ilə əlaqədar ölkələrinə ənənəvi gediş-gəlişin məhdudlaşdırılması ilə izah edirdilər. Ayrı vaxt onlar yay istirahətini və müalicəni Gürcüstanın müxtəlif sanatoriyalarında keçirərdilər.
Yeməyin keyfiyyəti, otaqların təmizliyi, su, işıq, istilik-soyutma sistemi ilə təchiz olunması barədə də heç bir irad söyləmək mümkün deyil. Sanatoriyanın hər gün Ukraynadan gətirilən 0,5 litrlik içməli naftuzi suyu ilə təmin edilməsi bir qayda halını alıb.
Sanatoriya Qubanın mərkəzində, uyğunlaşdırılmış iki beşmərtəbəli binada yerləşir. Həmin binalarda müvafiq komplektləşdirmə aparılıb və pasiyentlərin rahatlığı üçün hər cür şərait yaradılıb.
Yeri gəlmişkən, 1918-ci ilin Quba soyqırımı abidəsi sanatoriyanın yüz addımlığında yerləşir və hər şənbə-bazar günləri buraya kollektiv ziyarətlər təşkil olunur…
Axırda bu ilin yayında ailəliklə sanatoriyada müayinə və müalicə almış vətəndaş kimi bir arzumu da bildirmək istəyirəm: yaxşı olar ki, Bakı avtovağzalından Quba sanatoriyasınacan müntəzəm sürətli avtobus reysi açılsın və sərnişinlərin rahat gediş-gəlişi təmin olunsun.
Eyni sözləri Bakı aeroportundan da Bakı avtovağzalınacan təşkil olunacaq avtobus xətti barədə söyləmək istərdim.