• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bizim İlham

  • 29 İyul 2021
  • comments
  • hikmet
  • Posted in TribunaYazarlar

…İlham Mazanlı cəmi 66 il yaşadı. Ruhən isə ömrü daha çox olacaq: onu tanıyan insanlardan sonuncusu dünyadan gedənədək.

O, böyük məhəbbətlə sevdiyi həyata vida dediyi gün ürəyimdən ağrı keçdi: “Yaxşı adamların sayı yenə azaldı”.

Yaş fərqimizə və sonralar çalışdığımız sahələrin müxtəlifliyinə görə bir o qədər də ünsiyyətdə olmamışdıq. Nadir hallarda, övladlarımızın xeyir işlərində, tələbə yoldaşlarımızın balalarının toyunda, bir də təsadüfi hallarda bir-birimizlə rastlaşanda görüşmüşdük. Hər dəfə tələbə İlham, tələbə Bəyalının səmimiyyəti ilə. Nə vəzifə, nə imkan bizi dəyişdi. Heç soruşmurduq da sən harada, nə vəzifədə işləyirsən. Bunu bilmək bizə lazım da deyildi. Hər ikimizin sağlam və rahat həyatı bəs edirdi.

Tələbə dostlar inciməsin, İlham əksər cəhətlərinə görə çoxumuzdan bir baş yüksəkdə idi. Bir dəfə zarafatla ona dedim: “Sən Allahın yer üzünə göndərdiyi xeyirxahlıq mələyisən. Qanadlarını kəsmək, yandırmaq lazımdır ki, uçub Allahın dərgahına qayıtmayasan”.

Amma görünür, böyük Yaradanın özü də bu mələyi üçün darıxmışdı.

Bəyalı Rzayev

İlham Mazanlı 1956-cı il fevralın 11-də Göyçə mahalının Cil kəndində doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, Rusiya Dövlət Qulluğu Akademiyasının aspiranturasını bitirib. 1991-ci ildə tarix elmləri namizədi elmi dərəcəsi alıb.

Bakı Ali Partiya Məktəbində metodist, elmi işçi, metodik kabinetin müdiri vəzifələrində çalışıb, “Azərbaycan kommunisti” jurnalının şöbə müdiri, Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Gənclər və İdman Nazirliyinin idarə rəisi, Nazirlər Kabineti Aparatının şöbə müdirinin müavini, Bakı Dövlət Universitetinin dosenti olub.

Jurnalistikaya aid elmi-nəzəri məqalələrin və kitabların müəllifi kimi tanınıb.

İlham Mazanlı 2021-ci ilin iyun ayında vəfat edib.

Putin Minskdə NATO-nu sınayır

  • 29 İyul 2021
  • comments

Müxalifətçiliyin yeri varmı?

  • 29 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
AktualDünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0
comments
ManşetTribuna

Oxunduqca yazılan roman

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

“ABŞ-ın düşmənləri bilməlidir ki…” (Sabiq dövlət katibi yazır)

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

Amerikalı general: ABŞ kosmosda taxtdan düşə bilər

GLOBALS:0

Tags

  • Anım
  • Cəmiyyət
  • Media
  • Yazarlar

Rəylər

Do not miss

comments
AktualDünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

Son materiallar

comments
AktualDünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0
comments
ManşetTribuna

Oxunduqca yazılan roman

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

“ABŞ-ın düşmənləri bilməlidir ki…” (Sabiq dövlət katibi yazır)

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda