• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Zirvədən baxış

  • 13 İyul 2021
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Rasim Mövsümzadə

2018-ci ilin dünya futbol çempionatından kənar qalmış milli komandanın növbəti Avropa çempionatının qalibi olacağı kimin ağlına gələrdi? İtaliya millisinin həmin 2018-ci ilin oktyabrında başlayan 34 oyunluq məğlubiyyətsizlik seriyası qitə çempionluğu ilə zirvəyə çatdı. Bizim Anatoli Banişevskinin də çıxış etdiyi Avro-1968-də ilk dəfə qitənin ən güclüsü olan italyanlar 53 il sonra həmin uğuru təkrarlaya bildilər.

İtalyanlara məxsus ənənəvi müdafiə futbolundan uzaq, hücuma meyilli və döyüşkən komanda formalaşdıran 56 yaşlı Roberto Mançini bu uğurun əsas memarıdır. O, 2012-ci ildə “Mançester Siti” ilə İngiltərə çempionluğunu qazananda məşqçi kimi özünü sübut etmişdi. Düzdür, sonra bir mövsüm çalışdığı Türkiyə və Rusiyada ümidləri doğrultmasa da (“Qalatasaray”la 2013-2014 mövsümündə milli çempionatda 2-ci, 2017-2018 mövsümündə “Zenit”lə 5-ci olmuşdu), indi “Skuadra Adzurra” ilə karyerasının zirvəsini yaşayır.

İtaliyanın çempion olduğu 2006-cı ilin dünya çempionatında turnirin “Gümüş top” mükafatını müdafiəçi Fabio Kannavaro qazanmışdısa (“Qızıl top” fransalı Zinədin Zidana qismət olmuşdu), indi də qapıçı Canluici Donnarumma Avropa çempionatının ən yaxşı futbolçusu seçildi. Yəni hücum futbolundan danışsaq da, yenə İtaliyada arxa xətt oyunçuları diqqət çəkir.

Ümumiyyətlə, indiki heyətdə Paolo Maldini və Roberto Bacco səviyyəsində ulduzlar olmasa da, müdafiədə kapitan Corcio Kyellini və Leonardo Bonuççi, həmçinin ulduzu parlayan Leonardo Spinazzola, yarımmüdafiədə orta xəttin dirəyi olan Jorjinyo və Marko Verratti, hücumda isə texnikalı oyunları ilə diqqət çəkən Lorenso İnsinye və Federiko Kyezanın adlarını xüsusi vurğulamaq lazımdır.

İtaliyanın bu məğlubedilməzliyi nə vaxta kimi davam edəcək? Tarixə nəzər salsaq, yalnız iki komanda Avropanın ən güclüsü olduqdan sonra dünya çempionluğunu da qazanıb: Qərbi Almaniya (1974) və İspaniya (2010).

İtaliyanın bu nailiyyəti təkrarlaya biləcəyi Qətər-2022-in startına 496 gün qalır.

Çempion barədə danışdıq, ümumilikdə Avropa çempionatına gəlincə, 51 oyunda 142 qolun vurulduğu yarış 2,78-ə bərabər orta məhsuldarlıqla diqqət çəkir. Bu, dörddən çox komandanın mübarizə aparmağa başladığı Avro-1980-dən indiyədək ən məhsuldar Avropa çempionatıdır. Dünya çempionatlarına da baxsaq, bundan yaxşı məhsuldarlıq sonuncu dəfə 1982 mundialında (2,81 qol) qeydə alınıb. Bir sözlə, maraqlı bir Avropa çempionatı izlədiyimizi futbolun bəzəyi olan qolla bağlı rəqəmlərlə sübut edə bilərik.

Növbəti Avropa çempionatı isə 2024-cü ildə Almaniyada təşkil ediləcək, ondan sonrakı Avro-2028-i keçirməyə də Türkiyə iddialıdır.

Bəs qarşıda bizi hansı yeniliklər gözləyir? Avropa çempionatında iştirakçı komandaların sayının 24-dən 32-yə kimi artırılması gündəmə gəlib və UEFA-nın bu məsələni nəzərdən keçirdiyi bildirilir. Bu yenilik böyük turnirlər görməyən Azərbaycan kimi komandaların da Avropa çempionatına vəsiqə qazanmasına şans yaradacaq…


Kim uzaq gedər?

“Sürprizlər istisna deyil”

İlk yarımfinala ön söz

Final yolunda son addım

Finalçılar eyni gücdə

Rusiya baş nazirinin müavini ilə görüş

  • 13 İyul 2021
  • comments

Qoşulmama Hərəkatı konfransında çıxış

  • 13 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0

Tags

  • İdman
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda