• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mərkəzi Bank etiraf etməlidir ki…

  • 09 İyul 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetTribunaYazarlar

Samir Əliyev

Dollar satışında limit məsələsi yenə gündəmə gəlib. Son vaxtlar müxtəlif təbəqələrdən çoxlu müraciət olur, narazılıqlar bildirilir. Bankirlər qeyri-rəsmi söhbətlərdə Mərkəzi Bankın limit göstərişinin olduğunu bildirir, Mərkəzi Bank bunu təsdiqləmir, məhdudiyyətin bankların özfəaliyyətinə bağlayır.

Reallıq odur ki, dollar satışına limit var və bəzi istisnalarla 20 min manatdan çox dollar almaq mümkünsüzdür. Limit göstərişinin Mərkəzi Bankdan gəlməsi isə şübhə doğurmur. Əks halda problem qısa müddətdə aradan qaldırılardı. Əgər limit bankların öz təşəbbüsüdürsə, deməli, bazar sövdələşməsi baş verir və banklara qarşı cəza tədbirləri görülməlidir. Heç bir tədbir görülmürsə və proses olduğu kimi davam edirsə, deməli, göstəriş bir mərkəzdən gəlib.

Mərkəzi Bankın limit göstərişi verməsindən boyun qaçırması anlaşılmazdır. Hamıya məlumdur ki, manatın məzənnəsi inzibati qaydada tənzimlənir və məzənnənin qorunması indiki dövrdə əhalini qoruyur. Yəni mövcud məzənnə, qısamüddətli olsa da, hamıya sərf edir və hökumət məzənnəni qorumaq üçün Mərkəzi Bankın timsalında məhdudlaşdırıcı tədbirlər atır. 20 min manatlıq limit də məhdudlaşdırıcı tədbirlərdən biridir.

Qarşıda iki yolumuz var: ya məzənnəni buraxmalıyıq və bunu zərərini qəbul etməliyik, zərbə isə həm biznesə, həm əhaliyə, həm də ümumilikdə ölkə iqtisadiyyatına dəyəcək. Ya da məzənnəni qoruyuruq və məhdudiyyətləri normal qarşılayırıq. İndiki halda ikinci yolu seçmişik və fikrimcə, bu, sosial baxımdan optimal yoldur. Məhz buna görə də Mərkəzi Bank açıqca bəyan edərək banklara limit göstərişi verdiyini bildirməlidir. Məsuliyyətin bankların üstünə atılması düzgün addım deyil.

2015-ci ilin devalvasiyaları nəticəsində dolların rəsmi məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə qiymət 1,7707 manata çatıb.

2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən 1,7 manata təklif olunur.

Dövlət Neft Fondu Mərkəzi Bankın 2021-ci ilin ilk yarısında keçirdiyi valyuta hərraclarında 2 milyard 766,1 milyon ABŞ dolları məbləğində vəsait satıb.

Manatı qorumaq üçün fond 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard dollar sərf edib.

Onlar şərait yaratmasa…

  • 09 İyul 2021
  • comments

Qvami Məhəbbətoğlunun “Alpan etüdləri”

  • 09 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Sosial
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda