• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhkəmədə müddət yenilikləri

  • 09 İyul 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

İyulun 9-da parlament Mülki Prosessual Məcəlləyə dəyişiklikləri sonuncu – üçüncü oxunuşda qəbul edib. Novator.az bildirir ki, yenilik təklifinə əsasən, məhkəmə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər.

Mülki Prosessual Məcəlləyə təklif olunan digər dəyişikliklərə görə, sədrlik edənə məhkəmə iclasında qaydanı kobud surətdə pozan və ya məhkəməyə açıq surətdə hörmətsizlik edən şəxslər barəsində qərardad çıxararaq onları 500 manatadək cərimə etmək hüququ verilir.

Başqa təklifə əsasən, məhkəmənin hazırlıq iclası ərizə məhkəməyə daxil olduqdan sonra 40 gündən gec olmayaraq keçirilməlidir.

Hakim iddia ərizəsini icraata götürdükdən sonra 5 gün müddətində iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən şəxslərə göndərilməsini və ya rəsmi qaydada verilməsini təmin etməlidir.

İşə bərpa, aliment tutulmasına dair işlərə 2 ay; ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə 3 ay; digər mübahisələr dair işlərə 4 ay müddətinə baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır.

Təklifə görə, işə baxılmasının təxirə salınmasına məhkəmənin əsaslandırılmış qərardadı ilə, qabaqcadan nəzərdə tutula bilməyən bu hallarda yol verilir: işdə iştirak edən şəxslərdən hər hansı biri və ya tərcüməçi gəlmədikdə; iddianın əsasını və ya predmetini dəyişmək üçün ərizə verildikdə; qarşılıqlı iddia verildikdə; əlavə sübutlar təqdim və tələb etmək zərurəti yarandıqda; işdə iştirak etməyə digər şəxs cəlb edildiyinə görə məhkəmə həmin iclasda işə baxılmasını qeyri-mümkün hesab etdikdə; məcəllədə nəzərdə tutulmuş digər hallarda.

İşə baxılması 3 dəfədən artıq təxirə salına bilməz.

Yeniliklərin 2021-ci il oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Mediasiya qanunu dəyişir

  • 09 İyul 2021
  • comments

Enerji resursları qanunu imzaya gedir

  • 09 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda