“Gənc Psixoloqlar” İctimai Birliyi BMT-nin Əhali Fondunun dəstəyi ilə “Münaqişədən təsirlənən əhaliyə mobil psixo-sosial dəstək xidmətlərinin təmin edilməsi” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində yerli əhali qrupları ilə görüşlər keçirilir. Görüşlər zamanı “Gənc Psixoloqlar” İctimai Birliyinin psixoloq və mütəxəssisləri müharibənin psixoloji fəsadlarını bu və ya digər dərəcədə öz üzərində hiss etmiş qadınlar və digər həssas əhali qrupları ilə müzakirələr aparır, onların üzləşdiyi psixoloji və emosional sarsıntıların aradan qaldırılması, psixi sağlamlıqlarının dəstəklənməsi istiqamətində faydalı tövsiyələr verir. Həmçinin ehtiyacı olan zərərçəkmişlər üçün təmənnasız fərdi görüşlər təşkil edilir.
Müharibənin psixoloji təsirlərinin azaldılmasını nəzərdə tutan layihə Ağdam, Tərtər, Goranboy, Bərdə, Mingəçevir, Göygöl, Gəncə, Ağcabədi şəhər və rayonlarını əhatə edir.