• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

COVİD-ə görə işıqfor sistemi – “Sky News”

  • 09 İyun 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

Novator.az saytı Böyük Britaniyada COVİD-ə görə tətbiq edilən işıqfor sistemi haqda yazını ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Yazı “Sky News” kanalının internet səhifəsindən götürülüb, müəllifi Aliks Kalbertsondur.

Böyük Britaniya xaricə səyahət etmək istəyənlər üçün müxtəlif ölkələrdə COVİD şəraitinə əsaslanan işıqfor sistemi hazırlayıb. Sistemə üç həftədən bir baxılır və bunun nəticəsində əlavə və düzəlişlər ola bilər.

3 iyunda ilk düzəliş nəticəsində Portuqaliyanın reytinqi aşağı salınıb, bu ölkənin adı yaşıl siyahıdan sarı siyahıya keçirilib. Nəticədə Britaniyadan Portuqaliyaya səyahət etmək istəyən bəzi insanların planları sual altına düşüb.

İşıqfor sistemi nə deməkdir?

Yaşıl siyahı

Bu siyahıda olan ölkədən qayıdanların karantinə alınmasına ehtiyac qalmayacaq, İngiltərəyə gələndən iki gün sonra onlardan yalnız bir dəfə COVİD testindən keçmək tələb olunacaq.

Hazırda yaşıl siyahı Cəbəllütariq, İsrail, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Bruney, İslandiya və Farer adalarından, eləcə də Böyük Britaniyanın bir neçə uzaq kiçik adalarından (Tristan-da-Kunya, Müqəddəs Yelena adası, Yüksəliş adası, Folklənd adaları, Cənubi Georgiya və Cənubi Sandviç adaları) ibarətdir.

Amma orası da var ki, Böyük Britaniyanın yaşıl siyahıya saldığı bəzi ölkələr – Avstraliya, Yeni Zelandiya, Sinqapur, Bruney və Farer adaları öz sərhədlərini kip saxlayır, bu ölkələrə giriş ciddi şəkildə məhdudlaşdırılıb.

Portuqaliya yaşıl siyahıda yeganə böyük Avropa ölkəsi idi, ancaq bir neçə həftə sonra onun adı sarı siyahıya keçirildi.

Cəbəllütariq ingiltərəli səyahətçilərdən COVİD testi və ya peyvənd pasportu tələb etməyəcək, İsrail isə öz sərhədlərini yalnız peyvəndin hər iki dozasını vurduran əcnəbi turistlərə açıb.

İyunun əvvəllərində keçirilən baxışda yaşıl siyahıya heç bir yeni ölkə əlavə edilməyib.

Sarı siyahı

Bura ingiltərəlilərin İspaniya, Fransa, İtaliya və Yunanınstan kimi ən məşhur istirahət məkanları daxildir.

Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şaps insanlara müraciət edərək bu yerlərə indi getməməyi tövsiyə edib.

Tövsiyəyə əməl etməyənlər səfərdən qayıdandan iki gün və səkkiz gün sonra özəl şirkətlərdə COVİD testindən keçməlidirlər. Onlardan həmçinin evdə özlərini təcrid etmələri tələb olunur. Bununla belə, əgər təcridolmanın beşinci günü əlavə test verib neqativ cavab alsalar, müddət azaldıla bilər.

Almaniya da sarı siyahıdadır. Amma koronavirusun narahatlıq doğuran Hindistan variantı Britaniyada da yayıldığından Almaniya İngiltərədən gələn səyahətçilərdən yalnız Almaniya vətəndaşlarını, yaxud təcili humanitar əsası olanları, məsələn, ailə üzvü vəfat edən şəxsləri öz sərhədləri daxilinə buraxacaq. Test cavabları neqativ çıxsa belə, onlar da iki həftə karantinə alınmalıdırlar.

Qırmızı siyahı

Braziliya, Hindistan, Cənubi Afrika və Birləşmiş Ərəb Əmirlikləri bu siyahıda yer alan ölkələr sırasındadır.

Qırmızı siyahıdakı ölkələrdən Britaniyaya qayıdanlar hökumətin ayırdığı, gecəsi 1750 funt sterlinqə başa gələn karantin otelində 11 gün qalmalıdırlar.

İyunun 28-dək işıqfor sistemində – yaşıl, sarı, qırmızı siyahılarda böyük dəyişiklik olacağı gözlənmir.

P.S. Yazıya əlavə kimi qeyd edək ki, sözügedən işıqfor sistemində Azərbaycan, həmçinin Azərbaycana qonşu ölkələrdən İran, Rusiya, Gürcüstan, Ermənistan sarı, Türkiyə qırmızı siyahıdadır.

Mənbə: News.sky.com

Ən yaxşı ali məktəblər

  • 09 İyun 2021
  • comments

“Daily Sabah”: Türkiyə türk dövlətlərinin lideri o...

  • 09 İyun 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Viran vücuddan qaçış

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Hüquq
  • Səhiyyə
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda