Nazirlər Kabineti dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti qaydasını təsdiqləyib. Novator.az bildirir ki, qaydaya görə, reabilitasiya müəssisəsi əlilliyi olan şəxslərin tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemi vasitəsilə reabilitasiyası, habelə əlilliyin qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan publik hüquqi şəxsdir. Müəssisənin reabilitasiya tədbirlərinin kompleks şəkildə aparılması üçün sanitariya-gigiyena, yanğından mühafizə, təhlükəsizlik texnikası və bütün kommunal şəraiti olan binası olmalıdır.
Fəaliyyət istiqamətindən asılı olaraq reabilitasiya müəssisəsinin strukturunda bu bölmələr yaradıla bilər: qeydiyyat və qəbul; tibbi reabilitasiya; ortopediya və protezləşmə; sosial-psixoloji reabilitasiya və abilitasiya; poliklinika; yeməkxana. Başqa bölmələrin də yaradılması mümkündür.